Bakıda polis qanunsuz dini ədəbiyyat satışının qarşısının alınması məqsədilə reyd keçirib.
Moderator.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Kazımzadə küçəsində Ucar rayon sakini Revanur Albukayra məxsus mağazadan qanunla qadağan olunmuş 40 ədəd dini təyinatlı ədəbiyyat, habelə 10 ədəd CD və DVD diski, N. Hacıyev küçəsində Oğuz rayon sakini Arzuman Piriyevə məxsus mağazadan isə 19 ədəd dini təyinatlı DVD aşkar edilərək götürülüb.







































































































