Anar Məmmədli tanınmış hüquq müdafiəçisidir. Onun rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin hazırladığı seçki hesabatları istər Azərbaycanda, istərsə də xaricdə etibarlı sənəd kimi qəbul olunur. Hesab edirik ki, ona qarşı ittihamlar Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyəti fəallarına qarşı təqib və təzyiqlərinin tərkib hissəsidir.
Biz Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azadlığa buraxmağa və ona qarşı ittihamlara xitam verməyə çağırırıq. Hakimiyyət başa düşməlidir ki, Azərbaycanda hər bir əlavə siyasi məhbus xaricdə ölkənin nüfuzunu daha da korlayır. Həmçinin Avropa Şurası, ATƏT və Avropa Birliyi ilə münasibətlərə mənfi təsir göstərir.
Azərbaycan bu ilin mayından Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməlidir. Hər bir əlavə siyasi məhbus Azərbaycanın bu quruma sədrlik hüququnu hüquqi və siyasi baxımdan şübhə altına salır. Biz eyni zamanda, Avropa Şurasını Azərbaycanın Nazirlər Komitəsinə sədrlik məsələsini bu ölkədə insan hüquqları sahəsində vəziyyət yaxşılaşana qədər təxirə salmağa çağırırıq”.
Xəbəri “Azadlıq” qəzeti yayıb.






























































































