Davudoğlu İrəvanda Dağlıq Qarabağdan danışacaq

Hazırda oxunan: Davudoğlu İrəvanda Dağlıq Qarabağdan danışacaq

37957
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana ediləcək səfəri zamanı müzakirə ediləcək mövzülar müəyyən edilib. Moderator.az-ın  Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dekabrın 12-də Ermənistanın paytaxtı İrəvan şəhərində səfərdə olacaq Əhməd Davudoğlu, həmkarı Edvard Nalbadyanla birlikdə Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Verilən məlumata görə hər iki ölkə xarici işlər nazirləri, münaqişənin həll edilməsi münasibəti ilə 2009-cü ilin oktyabrında imzalanan və sonradan dondurulan Sürih Protokolunun yenidən canlandırılması məsələsi ətrafında müzakirələr aparacaqlar. 

Türkiyə mətbuatının yazdığına görə, Türkiyə-Ermənistan sərhədlərinin açılmaması nəticəsində hər iki ölkə arasında diplomatik münasibətlər qurulmayıb və Dağlıq Qarabağda erməni işğalına son qoyulmadığı üçün Sürix Protokolunun ölkə parlamentlərində səs verməyə çıxarılması prossesi ləngiyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin