“The Guardian”x9d Ərdoğanla kral Salmanı müqayisə etdi...

Hazırda oxunan: “The Guardian”x9d Ərdoğanla kral Salmanı müqayisə etdi...

131811
“The Guardian”x9d qəzeti Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdülləzizlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı ortaq cəhətlərdən yazıb.

Moderator.az türk mediasına istinadən xəbər verir ki, qəzet kralın Türkiyə səfərinin hər iki ölkənin əlaqələri üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

“The Guardian”x9d ın yazarı Simon Tisdall kralın səfərindən əvvəl görülən hazırlıqların təmtərağını xüsusi qeyd edib. Tisdall səfərin Ankarada baş verən bombalı hücumlardan sonra baş tutduğunu xatırladaraq bildirib ki, səfərdən əvvəl 300 Səudiyyə təhlükəsizlik əməkdaşı Ankaraya gedərək kralın gəlişi üçün hazırlıq görüblər.

Müəllif kral Salman Bin Əbdülləzizin qalacağı oteldə bütün otaqların Səudiyyə Ərəbistanının vətəndaşlarına ayrılmasına və binadakı bütün şüşələrin güllə keçirməyən şüşələrlə dəyişdirildiyinə də diqqət çəkib. Bunu qeyd edən Tisdall bildirib ki, Ərdoğan üçün də bənzər təhlükəsizlik tədbirləri görülüb.

Hər iki dövlət başçısını müqayisə edən Tisdall bildirib ki, Ərdoğan və Salman Suriya lideri Əsədi taxtından endirmək, eyni zamanda Suriya və İraqda terrorizmi sonlandırmaq məsələsində bəyanatlar veriblər. Hər iki şəxsin qərb müttəfiqlərindən uzaqlaşdığını deyən müəllif qeyd edib ki, Kral Salman kimi Ərdoğan da hüquq pozuntuları səbəbilə avropalı, amerikalı siyasətçi və təşkilatlardan mütəmadi olaraq iradlar eşidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin