“Allahşükür Paşazadə də bu sənədə razılığını verib”x9d

Hazırda oxunan: “Allahşükür Paşazadə də bu sənədə razılığını verib”x9d

131809
“Reproduktiv sağlamlıq haqqında”x9d qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq.xa0

Moderator.az xəbər verir ki, bu fikri parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məslisdə “Ailə institununun formalaşmasında adət -ənənələrimiz”x9d mövzusunda keçirilən iclasda deyib.

Onun sözlərinə görə, “Reprodiktiv sağalamlıq haqqında”x9d qanun layihəsinin qəbulunun uzanmasında obyektiv səbəbdən daha çox subyektiv səbəb mane xa0 olur: “Burada da əsas problem təbliğat işinin düzgün qurulmamasındadır. Yaranmış vəziyyətlə biz qanunun əleyhinə olan qurumlarla görüşdük, xüsusən də Dini Qurumlarla iş üzrə dövlət komitəsi, Qafqaz xa0Müsəlmanlar xa0İdarəsində və digər qurumlarda görüşlər keçirib qanunda olan məsələləri onlarla birgə müzakirə etdik. xa0

Görüşün yekunu olaraq bizə bildirildi ki, məsələnin əsl mahiyyəti bizə izah olunmayıb. Ona görə də qanun layihəsində nəzərdə tutulan məsələlər heç də islama zidd olan məsələ deyil. Ona görə də həm Dini qurumlarla iş üzrə dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə qanun layihəsinə razılığını verib”x9d.

Ə. Əmiraslanov onu da əlavə etdi ki, Milli Məclisin sədri Oqtay Əsədov da qanun layihəsinin qəbul olunmasına razı olduğundan yaxın zamanlarda gündəliyə salınıb müzakirə olunacaq.

Komitə sədri əsas problemin qanunda ekstrokorproal mayalanma ilə bağlı olduğunu dilə gətirdi. “Amma burada da elə ciddi problem yoxdur. Necə olur ki, Səudiyyə ərəbistanında, İranda ekstrokorporal mayalanma həyata keçrilir Azərbaycanda yox. Odur ki, bu nə islam dini ilə, nə də bizim milli mənəvi dəyərlərimizlə ziddiyyət təşkil etmir. Niyə bu əməliyyat bizdə olmasın”x9d, - deyə o vurğuladı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin