"Məleykə Abbaszadə pedaqogika elmini mükəmməl bilmir"

Hazırda oxunan: "Məleykə Abbaszadə pedaqogika elmini mükəmməl bilmir"

131786
“Uşaqlarımız naümüd olmasınlar. Necə ki, indiyə kimi biliyi, savadı olanlar ali məktəblərə qəbul olunub, yenə də elə olacaq. Çünki onlar milli sərvətimizdir, onları sıxışdırmaq olmaz. Yeni qurumun mexanizmi qurulsun, işə başlasın, nəsə səhvləri olarsa biz də əlbəttə ki, fikrimizi, münasibətimizi bildirəcəyik. Çalışacağıq ki, hər şey obyektiv və şəffaf olsun”x9d.xa0

Bunu Moderator.az-a açıqlamasında təhsil eksperti Əjdər Ağayev Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv olunmasına münasibət bildirərkən deyib.xa0

Ə.Ağayev ölkə başçısınını fərmanı ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin yaradılmasının müsbət tərəflərindən danışıb: “Dövlət İmtahan Mərkəzininn yaradılması indiyə qədərki tələbə qəbulu üzrə komissiyanın, dövlət qulluğuna seçim komissiyasının təcrübəsi əsasında formalaşıb. Bu komissiyaların indiyə qədərki işi bu qurumun yaranmasına gətirib çıxardıb. Bildiyimiz kimi, əvvəlcə ali ixtisas müəssisəsinə qəbul keçirilirdi, ona görə də bir dənə TQDK var idi və işini görürdü. Amma ondan xa0sonra artıq dövlət qulluğuna, ayrı-ayrı peşə sahələri üzrə müəyyən vəzifələrə qəbul yarandı. Yəni ki, komissiyalar çoxaldı. Həmin bu pərakəndəliyi vahidləşdirmək, mərkəzləşdirmək üçün belə bir sərəncam verildi. Mərkəzi imtahan götürülən qurum yaradılsın və bu mərkəzi qurum bütün sahələrdə imtahan götürmək imkanında olsun. Buna görə Dövlət İmtahan Mərkəzi yaradılıb. İkincisi, fasiləsiz təhsilin imkanlarına görə təlimlər keçirilir, yeni peşələr təkcə institutlarda yox, mərkəzlərdə, kurslarda verilir və bunların hamısını qiymətlədirmək lazımdır”x9d.xa0

Ekspert onu da qeyd edib ki, yeni yaradılan qurum TQDK-dan fərqli olaraq qərar qəbul etmədə Təhsil Nazirliyi ilə razılaşmalı olacaq: “Yaradılan bu yeni qurum şirkətlərin, nazirliklərin sifarişi üzrə qiymətləndirmə keçirəcək və sifarişçilərin hesabına da özünə vəsait toplayacaq. Məsələn, tutaq ki, Təhsil Nazirliyi dərsliklərlə bağlı məsələni həll etmək, konkret qiymətləndirmək istəyir. Həmin quruma sifariş verəcək və mərkəzi qiymətləndirmə komissiyası mütəxəssislərdən ibarət qrup yaradacaq və qiymətləndirmə aparacaq. Digər tərəfdən, əvvəllər TQDK tam müstəqil fəaliyyət göstərirdi, heç kəslə hesablaşmırdı. Ancaq indi Nizamnamədə yazılıb ki, xüsusilə təhsil sahəsində olan proseslərdə Təhsil Nazirliyi ilə məsləhətləşməlidir, əməkdaşlıqda olmalıdır, razılaşaraq qərarlara gəlməlidir. Üçüncüsü, burada ali məktəblərə qəbulda dünya təcrübəsinə uyğunlaşma məsələsi də var. İndi olmasa da mexanizm yarana bilər ki, məsələn, ABŞ təcrübəsində orta məktəb qiymətlərinə görə ali məktəblərə qəbullar var. Qazaxıstanda tam mərkəzləşdirilmiş keçirilir, buraxılış imtahanı ilə qəbul imtahanı eynidir. Yəni eyni nəticəyə əsaslanır. Bunu da yeni yaradılan qurum müəyyənləşdirəcək və indi idarəetmə yalnız bir nəfərdən asılı olmayacaq. Orada Direktorlar Şurası fəaliyyət göstərəcək. Bir sədr və iki müavini işi aparacaq və müavinləri də prezident təyin edəcək. Mütəxəxssislərdən ibarət dörd nəfər ictimai əsaslarla xa0şəxs ora daxil olacaq. Yeddi nəfərlik Direktorlar Şurası məsələləri müzakirəyə çıxaracaq, şuranın qərarı ilə hərəkətlər həyata keçiriləcək. Bunlar hamısı yeni məsələlərdir”x9d.xa0

Ə.Ağayev ləğv edilən TQDK sədrinin yeni yaradılmış quruma rəhbər təyin edilməsinə də münasibət bidlriib: “Düşünürəm ki, Məleykə Abbaszadə TQDK-nın sədri olarkən digər imtahanları da həyata keçirirdilər. O səbədən də Məleykə Abbaszadə bu sahədə təcrübəyə malikdir, həmçinin çox güclü texnoloji biliklərə malik güclü mütəxəssisdir. Mənim onunla bağlı tənqidi fikirlərim ondan ibarət olub ki, o, pedaqoji prosesləri nəzərə almır, pedaqogika elmini mükəmməl bilmir. Həmişə bu aspektdən onu tənqid etmişəm. Məleykə Abbaszadə çox önəmli bir məsələni, yalançı, formal beş qiymətlər alan uşaqların qiymətlərini doğrultmamağı məsələsini qaldırdı. Onun yeni yaranan quruma sədr olması məsləhətlidir, amma iş prosesində əlbəttə ki, ədalət, şəffaflıq, humanizm məsələləri xa0nəzərə alınmalıdır. Qəbul vaxtları elə müəyyənləşdirilməlidir ki, uşaqlar əziyyət çəkməsin. Sınaq və s. imtahanların çoxaldılmasını istəməzdim. Uşaqlara tez-tez imtahan vermək sərf etmir. Bu qurum ümumtəhsil məktəblərinin yekun qiymətlərini də verəcək. Yekun qiymətləri qaneedici olan uşaqlar qəbul imtahanlarından azad edə bilərlər. Şura gərək iş mexanizmini dəqiqləşdirsin, düşünürəm ki, bundan sonra hər şey yaxşı olacaq”x9d.xa0

Rumiyyə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin