“Elə edəcəyik ki, Prezidentə zəng etməyə ehtiyac qalmasın”x9d - İlham Əliyevdən yeni mesajlar

Hazırda oxunan: “Elə edəcəyik ki, Prezidentə zəng etməyə ehtiyac qalmasın”x9d - İlham Əliyevdən yeni mesajlar

131777
"Demək istədiyim budur, biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, heç bir hökumətin hər hansı şirkətin Azərbaycana sərmayə qoyuluşu ilə bağlı zəruri şəraitin yaradılması üçün ölkə Prezidentinə müraciət etməsinə ehtiyac olmasın"xa0

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul zamanı bildirib.

Prezident deyib: "Biz yaxşı balans yaratmalıyıq ki, yerli istehsalçılar nəticədə inhisarçılara çevrilməsin. Təbii ki, rəqabətin gücləndirilməsi baxımından idxal vacibdir. Lakin diqqət yetirməli olacağımız məsələ yerli istehsalın qorunması ilə yanaşı, digərləri üçün imkanların yaradılmasından ibarət olacaqdır.

Bizim hədəfimiz budur ”“ "Holcim”x9d və digərləri bunu özləri edə bilsin. Qayda, qanun və prosedurlar olsun ki, onlar gəlib asan şəkildə, bürokratiyasız sərmayə qoya bilsinlər. Arada bir çox şəxsin razılığa gəlib-gəlməməsinə, Prezidentə zəng etməyə ehtiyac qalmasın.

Mənim arzum belə bir şəraiti görməkdir və düşünürəm ki, sizin köməyinizlə bu, baş verəcək. Bu, baş verən kimi, biznes inkişaf edəcək və sərmayə qoyulacaqdır. Bu da yaxşı mexanizmdir, səmərəlidir. Əks təqdirdə, həmişə Prezident, Baş nazir və ya nazirlərdən kömək göstərmək xahiş ediləcək. Ancaq mən ümid edirəm ki, gələcəkdə bu, daha da avtonom şəkildə həyata keçiriləcəkdir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin