2-5 aprel döyüşləri Azərbaycan cəmiyyətində ciddi ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqın sözün həqiqi mənasında birliyini, həmrəyliyini ortaya qoydu.
Maraqlıdır, cəbhədə baş verən son olaylar, müharibə reallığı Azərbaycan cəmiyyətində iqtidar-müxalifət münasibətlərinin qismən də olsa yumşalmasına təsir göstəribmi?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev müxalifətin bu məsələdə üzərinə düşən hər şeyi etdiyini vurğulasa da, hakimiyyətin bəzi addımlarını tənqid etdi:
“Hesab edirəm ki, döyüş bölgəsində son baş verənlərlə bağlı ordumuza dəstək verilməsi, milli həmrəyliyin təmin olunması ilə bağlı Azərbaycan müxalifəti əlindən gələn hər şeyi etdi. İlk döyüş günündən müxalifətin aparıcı siması olan Milli Şura və AXCP rəhbərliyi bütün siyasi fikir ayrılığını bir kənara qoyaraq Milli Ordumuzun, xalqımızın və dövlətimizin yanında olduğunu bəyan etdi. Döyüşlər davam edən müddətdə hökümətin hərbi siyasətinin tənqid və təftiş olunmasına yol verilməməsi ilə bağlı çağırış etdi. Amma təəssüf ki, hökümət ordumuzun ruh yüksəkliyindən, xalqın arasında olan milli həmrəylikdən istifadə edib daha ugurlu siyasi- hərbi xətt yürütmək əvəzinə, son günlər aparıcı müxalifət partiyalarından olan AXCP- nin sədri Əli Kərimlinin evinin qarşısında davamlı şəkildə etiraz aksiyası təşkil etdirir. Bu, yolverilməz haldır. İndiki məqamda düşmən dəyirmanına su tökməkdir. Hər gün evlərimizə şəhid gəldiyi, milli birliyə daha çox ehtiyacımızın olduğu indiki anda yolverilməzdir. Hesab edirəm, bu kimi hərəkətlər dayandırılmalı, milli birliyin gücləndirilməsi üçün lazımi addımlar atılmalıdır”x9d.
xa0
Seymur Əliyev
xa0
xa0






























































































