"Nədən Türkiyədə zəlzələ belə güclü olub və bundan sonra nə baş verəcək?.."

Hazırda oxunan: "Nədən Türkiyədə zəlzələ belə güclü olub və bundan sonra nə baş verəcək?.."

595368
"Zəlzələnin ilkin sınması nisbətən az dərinlikdə başlayıb, bu səbəbdən də Yerin sərhində silkələnmələr daha güclü olub..."
 
"Bu, heç yaxşı olmacaq, bu, minlərlə, on minlərlə insan qurbanı olacaq, soyuq qış havası dağıntılar altında qalanların sağ qalma şanslarını azaldır..."
 
Son məlumatlara görə, Türkiyə və Suriyada baş verən zəlzələ 5 mindən artıq insanın həyatına son qoyub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Seysmoloqların sözlərinə görə, Türkiyə və Suriyada 7, 8 bal gücündə baş verən zəlzələ ehtimal ki, bu onillikdə ən ölüncülü olacaq.
 
Alimlər güman edir ki, bu regionda seysmik fəallıq hələ bir müddət saxlanılacaq, qurbanların sayı on minlərlə hesablana bilər.
 
Məlumat verilir ki, 20-ci əsr ərzində Şərqi Anatoliya sınma qatı böyük seysmik fəallıq törətməyib. 1970-ci ildən başlayaraq bu rayonda Rixter şkalası üzrə 6 baldan çox gücündə üç zəlzələ qeydə alınıb. Lakin 1822-ci ildə regionda 7 bal gücündə zəlzələ baş verib, nəticədə 20 min adam həlak olub.
 
Hər il orta hesabla 7 baldan artıq gücündə ən azı 20 zəlzələ baş verir, bu da Türkiyədə zəlzələni ciddi problemə çevirir.
 
London universiteti kollecinin təbii fəlakətlər təhlükəsi riski və azaldılması İnstitutunun rəhbəri Coanna For Uokerin sözlərinə görə, 2016-cı ildə İtaliyanın mərkəzində baş vermiş və 300 nəfərin həyatına son qoymuş 6, 2 ballıq zəlzələ ilə müqayisədə Türkiyə-Suriya zəlzələsində 250 dəfə çox enerji hasil olub.
 
2013-dən 2022-ci ilədək baş vermiş təkcə iki ölümcül zəlzələ bazar ertəsinin zəlzələsi qədər güclü olub.
 
Nədən Türkiyədə zəlzələ belə güclü olub?
 
Alimlərin sözlərinə görə, Şərqi Anatoliya sınma qatı hərəkidir. Onun bərk daş plitələri sınmanın şaquli xətti ilə bir-birini itələyir, bununla da gərinlik toplanır. Nəticədə plitələrdən biri üfüqi hərəkət edərək, böyük miqdarda enerji azad edir və zəlzələ törədə bilər.
 
Türkiyə-Suriya zəlzələsinin ilkin sınması nisbətən az dərinlikdə başlayıb.
 
"Yerin səthində baş verən silkələnmələr həmin ocaqda eyni ballıq zəlzələyə nisbətən daha güclü olacaq", - bunu Böyük Britaiyanın Açıq Universitetindən planetoloq Devid Roteri izah edib.
 
Hansı nəticələri gözləmək olar? - ekspertlərin proqnozları
 
Regionda ilk zəlzələ baş verdikdən 11 dəqiqə sonra 6, 7 ballıq afterşok baş verib. Bir neçə saatdan sonra isə 7, 5 ballıq zəlzələ, günün ikinci yarısında daha bir 6 ballıq afterşok baş verib.
 
"Biz indi görürük ki, fəallıq orta sınmalara yayılır. Biz seysmik aktivliyin hələ bir müddət də qalacağını gözləyirik", - seysmoloqlar deyir. Məsələn, 1822-ci ilin ölümcül zəlzələsindən sonra yeraltı təkanlar növbəti ildə də davam edib.
 
Türkiyə və Suriyada zəlzələ: qurbanların sayı nə qədər ola bilər?
 
Yaşayış məntəqələrində analoji güclə olan zəlzələlərdə minlərlə insan həyatını itirib. 2015-ci ildə baş verən 7, 5 bal gücündə zəlzələ 9 min insanın həyatına son qoyub.
 
"Bu, heç yaxşı olmayacaq. Bu, minlərlə, bəlkə də on minlərlə insan qurbanı olacaq", - bunu Britaniya geoloji xidmətinin fəxri elmi əməkdaşı Rocer Musson güman edir.
 
O, əlavə edib ki, soyuq qış havası dağıntılar altında qalanların sağ qalma şanslarını azaldır.
 
Türkiyə-Suriya zəlzələsi - bəlli olanlar
 
Son məlumatlara görə, zəlzələ qurbanlarının sayı 5 min nəfəri keçib. Xilasetmə işləri davam edir, təkcə Türkiyədə 11 min bina zədələnib.
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin