Mən qul olmaq istəyirəm!

Hazırda oxunan: Mən qul olmaq istəyirəm!

61780

Moderator.az şair-publisist Heydər Oğuzun müstəqillik və azadlıq haqqında yazdığı bir şeirini təqdim edir.



Azadlıq- oğruların

Doğrular üzərində
Səltənətisə əgər,
Mən qul olmaq istəyirəm!
Müstəqillik ”“ qan içən,
Ev yıxan məmurların
Təbəələr üzərində
Təntənəsisə əgər,
Mən qul olmaq istəyirəm!
Mən qul olmaq istəyirəm!
İstərsə qollarıma
Əsarətin ən ağır
Zəncirləri vurulsun.
İstərsə yadellinin
Meyvəsi olacağım
Dar ağacı qurulsun.
Təki mənimlə birgə
Asılan ağalardan
Mənim haqqım sorulsun.
Mən qul olmaq istəyirəm!
Doyurmur artıq məni
şahların yalanları,
Doyurmur ədalətə,
Hüquqa ac qarnımı
Müstəqillik aktları,
Azadlıq fərmanları.
Mən qul olmaq istəyirəm!
Gözünün qabağında
Malı, mülkü göylərə
Sovrulan ağadansa,
Haqqı ağalarından
Sorulan qul yaxşıdır.
Gözünün qabağında
Oğurlanan sərvəti
Malı olduğu halda
Ac qalan quru bəydən
Bir qarın çörək üçün
Yorulan qul yaxşıdır.
Mən qul olmaq istəyirəm!
O boğazdan yuxarı
Hüquqlar topuğumdan
Aşağı gəlir mənə.
Gündə min fırıldaqla
Uydurulan yalanlar
Bayağı gəlir mənə.
O şirin vədlər ilə
Özünüzü yormayın,
Boşunadır bu səylər.
Üstü şirin “dərmanlar”x9d
Sizlərin olsun, bəylər!
Mən qul olmaq istəyirəm!
Qulluğun, köləliyin
Ağır cəhətlərindən
Mənə nağıl deməyin,
Mən o günü görmüşəm.
Bu günkü ağalarla
O vaxtkı əsarətdə
Birgə ömür sürmüşəm.
O vaxt mən də ağam tək
Kölə idim, qul idim,
Sözdə müstəqil oldum.
“Müstəqil”x9d olan gündən
Öndə gedən ağalar
Yenə də qul qaldılar,
Mənsə qula qul oldum
Mən qul olmaq istəyirəm!
Dünən mənimlə birgə
Qul olan ağalarım
Indi başqa ağanın
Qara qızıl daşıyan
Köləsisə, qulusa,
Qula kölə, qul olmaq
Bir azadlıq yolusa,
Sizi deyə bilmırəm,
Daha şərəfli gəlir
Mənə elə qul olmaq .
Mən qul olmaq istəyirəm!
Qullara qulluğumun
Üstündə qurulursa
Hansısa səltənətin,
Şahlığın abadlığı.
İstəmirəm, ağalar,
Mən belə azadlığı!
Azadlıq dediyiniz
Bu cür zillətsə əgər
Olsun, qoy, sizin, bəylər!
Sürünmək istəyirəm
Mən dizin-dizin, bəylər!
Mən qul olmaq istəyirəm!
Mən qul olmaq istəyirəm!
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin