“Bu təklif kitab sahəsini stimullaşdıracaq...” -Naşirdən millət vəkilinin təklifinə dəstək...

Hazırda oxunan: “Bu təklif kitab sahəsini stimullaşdıracaq...” -Naşirdən millət vəkilinin təklifinə dəstək...

258544

Millət vəkili Fazil Mustafa kitab və tərcümə nəşrlərini genişləndirməkxa0 məqsədi ilə maraqlı təklif irəli sürüb. O, bildirib ki, Türkiyədə olduğu kimi Azərbaycanda da kitab və jurnallar əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir. M.Mustafa bildirib ki, o,xa0 bu mövzunu bir dəfə Milli Məclisdə gündəmə gətirib və bu dəfə yenə məsələyə toxunacaq.xa0

Moderator.az-a açıqlamasında “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu bu mövzuda millət vəkili ilə razılaşdığını bildirib:

“Əlbəttə çox mütərəqqi fikirdir. Hörmətli millət vəkilimiz Fazil Mustafanın təklifinə şərikəm. Bu təklif cəmiyyətimiz üçün də faydalıdır, çünki belə olarsa, kitabın satış qiyməti aşağı düşəcək. Ümumiyyətlə, əlavə dəyər vergisinin kitab və jurnallar üzərindən götürülməsi bu sahəni stimullaşdıracaq, cəlbedici sahəyə çevirəcək. Biz təkcə kitab satışından deyil, həm də kitab kağızı alarkən 18 faiz əlavə dəyər vergisi ödəyirik”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin