Tramp administrasiyasından SƏRT ADDIM – Tarixin ən böyük viza ləğvi kampaniyası BAŞLAYIR

Hazırda oxunan: Tramp administrasiyasından SƏRT ADDIM – Tarixin ən böyük viza ləğvi kampaniyası BAŞLAYIR

632912

Tramp administrasiyası ABŞ-də sığınacaq almaq üçün müraciət edən və ya hazırda sığınacaq prosesində olan 200 minə yaxın xarici vətəndaşın işgüzar və turist vizalarını ləğv etməyi planlaşdırır.

Bizim.Media "Associated Press"ə istinadən xəbər verir ki, Əgər bu addım atılarsa, ABŞ tarixində ən böyük kütləvi viza ləğvi olacaq və böyük ehtimalla məhkəmə iddiaları ilə üzləşəcək.

Məlumata görə, Dövlət Departamentinin yaxın həftələrdə 2016–2026-cı illər ərzində verilmiş B1 və B2 vizalarının ləğvini elan edəcəyi gözlənilir. Qeyd olunur ki, viza statusunun ləğvi dərhal deportasiya ilə nəticələnməyəcək. Sığınacaq işlərinə baxılan şəxslərin əksəriyyəti başqa kateqoriyaya keçiriləcək, lakin işgüzar və ya turist səyahətçisi statusunu itirəcəklər.

H-1B vizaları üçün 100 min dollarlıq rüsum

Paralel olaraq, Tramp administrasiyası yüksəkixtisaslı xarici işçilər üçün nəzərdə tutulan H-1B vizalarına görə 100 min dollardan çox rüsum tətbiq olunmasını nəzərdə tutan fərman layihəsini dərc edib.

Qeyd edək ki, bu qərar əvvəllər məhkəmələr tərəfindən bloklanmışdı.

H-1B proqramı ABŞ işəgötürənlərinə xüsusi sahələr üzrə mütəxəssisləri işə götürməyə imkan verir. Bu proqram çərçivəsində hər il 65 min adi viza və ali təhsilli mütəxəssislər üçün əlavə 20 min viza verilir (3-6 il müddətinə). Trampın sərəncamına qədər bu vizaların verilmə rüsumu cəmi 2.000–5.000 dollar təşkil edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin