Ötən sutka ərzində Rusiya qoşunları Sumı vilayətinin 22 yaşayış məntəqəsinə zərbələr endirib və Dnepropetrovsk vilayətinin 5 rayonuna 20-dən çox hücum reallaşdırıb.
Bizim.Media "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi, Dövlət Gömrük Xidməti və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat yayıb.
Sumı vilayətində idarəolunan aviasiya bombaları (KAB), PUA, minomyot və artilleriya atəşləri nəticəsində 5 dinc sakin yaralanıb. Fərdi evlərə, qaz kəmərinə, inzibati binalara və infrastruktur obyektlərinə ziyan dəyib.
Dron hücumu səbəbindən Ukrayna-Moldova sərhədində yerləşən "Vinohradivka – Vulkaneşti" beynəlxalq buraxılış məntəqəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Dnepropetrovsk vilayətində isə Nikopol, Dnepr və Sinelnikovo rayonları, eləcə də Krivoy Roq və Pavloqrad şəhərləri atəşə tutulub. Hücumlar nəticəsində 3 nəfər yaralanıb, yataqxana, gimnaziya, uşaq bağçası, ticarət kompleksi və yaşayış binaları zədələnib.






Bizim.Media

- A-
- A
- A+
Dünya
10:07 / 25.08.2026
Rusiyadan GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - FOTO
Hazırda oxunan: Rusiyadan GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - FOTO
Hazırda oxunan: Rusiyadan GECƏ HÜCUMU – Ukrayna şəhərləri alovlar içində - FOTO
632908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































