Yaponiyanın hökumət başçısı Sanae Takaiçi hakimiyyətin zirvəsindəki həyatın bəzən çox tənhalıq gətirdiyini etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Telegraph" qəzeti yazır.
Baş nazirin rəsmi iqamətgahındakı uzun iş saatlarından danışan Takaiçi orada heç vaxt kabuslarla qarşılaşmadığını, lakin bir dəfə tarakan tapdığını bildirib.
Baş nazir həşəratı öldürməyib, çünki onun "uzun bir reinkarnasiya (yenidən doğuş) dövrünün bir parçası" ola biləcəyini düşünüb.
Yaponiya Liberal Demokrat Partiyasının nümayəndəsi olan 65 yaşlı Takaiçi Tokionun mərkəzindəki rəsmi iqamətgaha dekabr ayında köçüb.
Takaiçi həftəsonları və gecə gec saatlara qədər işləməsi, çox vaxt sutka ərzində özünə cəmi bir neçə saatlıq yuxu rəva görməsi ilə tanınır.
"Çox yaxın dostu" Donald Trampı təqlid edərək sosial şəbəkələr vasitəsilə vətəndaşlarla birbaşa ünsiyyət quran Takaiçi belə yazıb:
“Mən artıq rəsmi iqamətgah barədə danışmışam, ona görə də mənə xüsusilə tez-tez verilən suallara da cavab vermək qərarına gəldim.
“Rəsmi iqamətgahda peyda olduğu deyilən kabuslarla artıq qarşılaşmısınızmı?
Mən heç vaxt kabus görməmişəm, lakin son vaxtlara qədər hər dəfə tarakanlarla rastlaşanda qışqıran məhz mən idim”.
Baş nazir bildirib ki, iqamətgaha köçdükdən sonra belə, yemək masasının altını diqqətlə silir, yemək artıqlarını möhkəm qapaqlı zibil qutusuna yığır, plastik qabları isə yaxşıca yuyub çeşidləyirmiş.
Buna görə də, o, bir gün qəfildən ayaqlarının altından bir tarakanın qaçdığını görəndə şoka düşüb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:18 / 24.08.2026
Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib
Hazırda oxunan: Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib
Hazırda oxunan: Yaponiyanın Baş naziri tənhalıqdan tarakanla dostlaşdığını etiraf edib
632876
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































