Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

Hazırda oxunan: Tbilisidə faciə: 15 yaşlı azərbaycanlı oğlan göldə boğuldu - FOTO

632883

Gürcüstanın Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini, 15 yaşlı Umut Sofiyev Tbilisidə göldə boğularaq həyatını itirib.

Bizim.Media “24News.ge”yə istinadən xəbər verir ki, hadisə ötən gün saat 18 radələrində baş verib.
 

Məlumata görə, Umut dostları ilə birlikdə Tbilisi gölünə çimməyə gedib. Yeniyetmə suda boğulub. Hadisə yerinə xilasedicilər cəlb olunsalar da, onun tapılması mümkün olmayıb.


Hazırda yeniyetmənin axtarışları davam etdirilir. Kənd sakinlərinin sözlərinə görə, axtarışlar zamanı xilasedicilər qayıq və digər vasitələrdən istifadə etsələr də, əraziyə dalğıc cəlb olunmayıb. (oxu.az).



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin