İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin 6 ildən 4 ilə endirilməsi təklif edilir.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, işləyən vətəndaşların pensiya məbləği altı ildən bir artırılır.
Bu səbəbdən 2026-cı ildə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək altı illik müddəti tamamlayan şəxslərin pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq yenidən hesablanacaq.
Deputatın sözlərinə görə, Milli Məclisdə aparılan müzakirələr zamanı səsləndirilən təkliflərdən biri də bu müddətin 6 ildən 4 ilə endirilməsidir.
Digər pensiyaçılara gəldikdə isə onların pensiyalarının artımı fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir.
Daha ətraflı videoda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:05 / 25.08.2026
Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər – VİDEO
Hazırda oxunan: Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər – VİDEO
Hazırda oxunan: Bu şəxslərin pensiyası ilə bağlı yenilik ola bilər – VİDEO
632895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































