ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

Hazırda oxunan: ABŞ Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından ÇIXARDI

632869

ABŞ Suriyanı terrorun sponsoru olan ölkələr siyahısından çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 

“ABŞ Dövlət Departamenti bu gün Suriyanı terrora dəstək verən dövlətlər siyahısından çıxarıb. Bugünkü addımlar siyasi və iqtisadi sabitliyə töhfə vermək məqsədilə Suriyaya əlavə investisiyaların cəlb edilməsinə kömək edəcək”, - bəyanatda qeyd olunub.


Bundan əvvəl ABŞ Dövlət katibi Marko Rubio ABŞ-ın Suriyanın terrorizmin dövlət sponsoru kimi təyinatını ləğv edəcəyini açıqlamışdı.

Diplomat vurğulamışdı ki, Yaxın Şərq ölkəsinə qarşı sanksiyaların ləğvi beynəlxalq ticarət və investisiyalara çıxış imkanı yaradacaq, Suriyaya bərpa olunmaq üçün şans verəcək və onun xalqının tarixində yeni bir səhifə açacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin