Kürddilli məktəblərin bağlanması etiraza səbəb olub

Hazırda oxunan: Kürddilli məktəblərin bağlanması etiraza səbəb olub

55811
Türkiyənin Diyarbəkir vilayətində kürddilli məktəblərin bağlanmasına qarşı çıxan vətəndaşlar etiraz aksiyası keçiriblər. Sur rayonunda axşam saatlarında baş tutan icazsiz aksiya sonda təhlükəsizlik qüvvələri ilə fəallar arasında qarşıdurmalara çevrilib. Polis yollardan birini kəsərək nəqliyyatın hərəkətinə mane olan qrupa müdaxilə edib. Fəallar polisə daş və yanıcı maddələrlə hücum ediblər. Polis təzyiqli su şırnaqları ilə zorakı qrupu dağıtmağa çalışıb.

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ rəsmi icazə almadan kürd dilində tədris verən məktəblərin fəaliyyətə başlamasını “qara propaqanda” adlandırıb.
“Türkiyədə türk dilindən başqa hər hansı bir dildə özəl məktəb açmaq üçün heç bir əngəl yoxdur. Hər kəs məktəb aça bilər. Lakin bunun müəyyən yolları var. Bunun üçün lazımi şərtləri yerinə yetirmək, rəsmi icazə almaq vacibdir” - deyə nazir qeyd edib.

Hökumət bir müddət əvvəl qanunsuz fəaliyyət göstərən məktəblərin fəaliyyətin dayandırıb.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin