Rəis Bakıdakı böyrək alverindən danışdı - “O elan saxtadır...”

Hazırda oxunan: Rəis Bakıdakı böyrək alverindən danışdı - “O elan saxtadır...”

47721
Bir neçə gün əvvəl sosial şəbəkələrdə “Qara Qarayev” metrostansiyasının çıxışında böyrək satışı ilə bağlı elan vurulmuşdu. 


Sözügedən informasiya “Qafqazinfo”da  da dərc olunmuşdu. Məlumatda qeyd olunurdu ki, iki müxtəlif elanların mətnlərində “Böyrək satılır. 1-ci qrup. 40 000 AZN”, “Böyrək satılır. 2-ci qrup 50 000 AZN” sözləri yazılmışdı. Eyni zamanda hər bir elanın aşağısında da müxtəlif mobil telefon nömrələri yazılmışdı. 

“Qafqazinfo” məsələnin orqan alveri ilə bağlı olacağını nəzərə alaraq DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Şərif Əsədullayevlə əlaqə saxlayıb. Şərif Əsədullayev bildirib ki, bu sahə çox ciddi nəzarət altındadır. Çox sağolun ki belə bir hadisə barədə bizə məlumat verdiniz ki, xidməti tədqiqat aparılsın. Bizim əməkdaşlar həmin tədqiqatı apardı.  Nəticədə məlum  oldu ki, həmin elan saxtadır. Hər hansı təxribat məqsədi daşıyır. Bu sahəyə həddindən artıq ciddi diqqət yetirilir”.

Günel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin