ABŞ-ın Şimali Koreya ətrafında hərbi güc cəmləməsi bütün dünyada diqqətlə izlənməkdədir. Bəzi politoloqlar hesab edir ki, Pentaqonun Şimali Koreyaya həmləsi əksəriyyətin gözlədiyindən də tez bir zamanda reallaşa bilər.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev də Ağ Evin Şimali Koreya problemini həll etmək üçün həm hərbi təzyiq, həm də diplomatik vasitələrdən istifadə etməyə çalışdığını bildirib:
“Hələlik hadisələr bu istiqamətdə inkişaf edir. ABŞ Şimali Koreyaya böyük təzyiq mexanizmini işə salıb. ABŞ nüvə silahı ilə silahlanmış sualtı qayıqlarını da Koreya sahillərinə yaxınlaşdırır. Amma hərbi məcburetmə və təzyiq mexanizmi ilə bərabər ABŞ Çin ilə də dialoqdadır. Ağ Ev Çinin Şimali Koreya üzərindəki nüfuzunu nəzərə alaraq bundan Şimali Koreyanı yola gətirməkdə istifadə etməyə çalışır. ABŞ güc göstərməklə yanaşı, arxa qapılar vasitəsi ilə, diplomatiya yolu ilə də Şimali Koreya problemini həll etməyə çalışır. Bütövlükdə, Tramp bu məsələdə kifayət qədər qərarlı görünür”x9d.
xa0
Seymur Əliyev
xa0
































































































