Hərbi hissədə kütləvi dava - VİDEO

Hazırda oxunan: Hərbi hissədə kütləvi dava - VİDEO

123734
Çeçnistanın Borzoy kəndində yerləşən hərbi hissədə kütləvi dava baş verib.

Oxu.Az Gazeta-ya istinadən xəbər verir ki, Rusiyanın İnsan Hüquqları üzrə Şurasında bu məlumatı təsdiq ediblər.

“Bizim həmkarlarımız kütləvi davanın baş verməsi faktını təsdiqləyirlər, lakin insidentin təfərrüatları barədə hələlik məlumatımız yoxdur. Bu, 2014-cü ilin payızından çeçenlərin yenidən orduya çağırılması ilə bağlı ola bilər. Bundan əvvəl Müdafiə Nazirliyi çeçenləri hərbi xidmətə çağırmırdı. Lakin indi birinci və ikinci çeçen kampaniyasında iştirak etməyən yeni nəsil böyüyüb.”x9d, - İHŞ-in hərbçilərin haqları üzrə sədri Serqey Krivenko Gazeta.ru-ya açıqlamasında deyib.

Davanın görüntüləri sosial şəbəkələrdə yayılıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin