xa0Azadlıq hər bir fərdin və millətin taleyində əvəzsiz rol oynayır. İnsanlıq yaranışından üzü bəri Azadlıq uğrunda çarpışmada və ona doğru can atmadadır. Azadlıq sözü əslində müqəddəs anlam daşıyır və şüurlu insan həyatının vazkeçilməz atributlarından biri hesab olunur.xa0
İş o yerə çatıb ki, Azadlığın beşiyi hesab olunan Amerikanın özündə möhtəşəm Azadlıq heykəli ucaldılıb və bu bənzərsiz abidə 1886-cı ilin 28 oktyabrından 130 ilə yaxındır ki, milyonların and yerinə, ziyarətgahına çevrilib...
Biz də millət olaraq Azadlıq üçün çox qan ”“ qadadan, məhrumiyyətlərdən keçməyə məcbur olmuşuq, onu əldə etmək üçün saysız - hesabsız qurbanlar vermişik. Nəticədə arzu etdiyimiz azadlığa qovuşmuşuq. Bunu simvolizə edən abidəmiz olmasa da Azadlıq adını daşıyan küçəmiz, prospektimiz, hətta meydanımız da var. Üstəlik, bir neçə ildir ki, “Azadlıq prospekti”x9d adlı metrostansiya da fəaliyyətə başlayıb və hər gün on minlərlə sərnişin istər - istəməz bu adı eşitməli, oxumalı olur...
Son günlərsə paytaxt sakinləri bu adı daha tez - tez eşidib görməli olacaqlar. Çünki artıq necə deyərlər, düzəlmişdi hər yarağımız, qalmışdı cəhrə - darağımız, metronun “Azadlıq prospekti”x9d stansiyasının düz çıxışında “Azadlıq”x9d Ticarət Mərkəzi fəaliyyətə başlayır. Bir çox azadlıqsevər şəhər sakini bunu qəzəblə qarşılayır və “başınıza admı qəhətdir”x9d sualını verməkdən özlərini saxlaya bilmirlər. Amma nahaq yerə. Əslində bizdə azadlıq elə alınıb - satılan məkanların boyuna biçilmiş bir məhfuma çevrilib və bu baxımdan həmin ticarət mərkəzinin adının dəyişdirilməsinə də ehtiyac yoxdur. Çünki bura Amerika deyil ki, azadlığa heykəl qoysunlar. Bizdəki azadlığın sərhədləri elə ticarət mərkəzlərindən uzağa getməz.xa0
Odur ki, Azadlıq Ticarət Mərkəzində müştəri bolluğu olacağını indidən proqnozlaşdırmaq olar. Necə deyərlər, gəl ay Azadlıq müştəriləri...






























































































