Zorən diləndirilən dilənçi...

Hazırda oxunan: Zorən diləndirilən dilənçi...

90771
Moderator.az - ın bir oxucusu saytın elektron poçtuna xahiş məktubu yazaraq onun ictimailəşdirilməsini istəyir:

"Dostlar! Bu gözləri görməyən yaşlı kişi "Azərsu"-nun qarşısında məcburi diləndirilir. Üzündən saflıq yağan və xoş aurası olan bu kişiyə böyük əksəriyyət pul verir. ALLAH niyyətlərinizi qəbul eləsin. 
Amma bilmənizi istərdim ki, yaxınlıqda gəzişən qaraçıya bənzəyən qadın tərəfindən hər səhər o başdan zülmlə oyadılıb oraya, əlil arabasına qoyulur, zorla diləndirilir. 3 ildən çoxdur onu müşahidə edirəm - dəfələrlə yaxınlaşıb qocalar evinə yerləşdirilmə barədə ona kömək oluna biləcəyini bildirmişəm, o, həmin qadının gəlini olduğunu dedi və ondan razı olduğunu bildirdi hər dəfə. (Onunla kimsə danışanda qadın tez yaxınlaşır, nə soruşulduğunu soruşur, böyük ehtimalla təhdid edir). 

Qış aylarında gördüyüm mənzərəni isə heç unutmuram - bir oğlan həmin gəlini dediyi qadınla danışa-danışa kişiyə qar topası atır, kişi diksinir, onlar da lağ edib gülürdülər. 
Daha yazıq görkəmdə görünməsi üçün bəzən "gəlin"i ona arabanı belə vermir, ağaca söykənərək dilənməsini istəyirdi.
İnsanlar ona çox mərhəmətli olduğunda kifayət qədər pul verir, qadınsa onu kənardan kamera kimi müşahidə edir və tez-tez yaxınlaşaraq onun ciblərini boşaldır. 

Sizdən ricam: Bəlkə də qadın görsə ki, kişiyə kömək olunmur, əl çəkib qocalar evinə verə  - baxası deyil özü hər halda. Kömək edərkən heç olmasa ona yemək alın, doyunca yesin. Yaxınlıqdan dönər alsanız, mədəsi xəstədi deyə pomidor və moyonez istifadə etmir. 

Ümumiyyətlə, görəsən, ona necə kömək edə bilərik? Bu iş hansı hüquqi müstəvidə həll oluna bilər? Axı özü köməkdən imtina edir! (hər halda təhdid və qorxudan).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin