Sözünə bütöv, Əməlinə sadiq!

Hazırda oxunan: Sözünə bütöv, Əməlinə sadiq!

84818
Bir az öncə feysbukda xa0hər zaman Şəxsiyyətinə və İnsanlığına böyük hörmət və ehtiram bəslədiyim, özümə dost, qardaş hesab və bununla da fəxr etdiyim millət vəkili-Millətinin vəkili Zahid Orucla bağlı müzakirələrə rast gəldim və orada öz qeydlərimi etdim. Hətta, mənim qeydlərimi-şərhimi çox qısa zamanda 4 nəfər fb istifadəçisi də like etdi. Ancaq görünür, həmin "müzakirəni" açanlara sərf etmədiyi və onları pis vəziyyətdə qoyduğum üçün həmin şərhimi dərhal oradan çıxardılar və sadəcə, öz əxlaqlarına-tərbiyələrinə uyğun şərhləri saxladılar. Özləri bilər, deməli, arqument, fakt olmayanda, güc, çarə tərbiyəsizliyə, əxlaqsızlığa qalır... Bu səbəbdən də həmin şərhimi oxucularla bölüşmək istədim:

Zahid Oruc Kişi Adamdır. Sözünə, Vədinə, Əməlinə Sadiq-Bütöv İnsandır. İndiyə kim nəyi deyibsə, nələri vəd edibsə, sonadək də onların arxasında dayanıb, sözündən, vədindən bir an olsun geri çəkilməyib, bəziləri kimi "şaltay-baltay" vurmayıb, ən əsası verdiyi, vəd etdiyi sözə əməl etmək üçün cəhd göstərib, əksər hallarda da buna nail ola bilib. Bərdəlilərin də ( kaş ki, bizlərin də-Abşeron-Qobu camaatının da belə bir vəkili olaydı) bəxti gətirib ki, vədinə, əməlinə sadiq bir millət vəkilləri var.

Zahid Orucu düz 20 ilə yaxındır ki, şəxsən və yaxından tanıyıram və hər zaman da onu çalışqan, işgüzar, fəal, mübariz, əqidəli, sədaqətli, Xalqı, Dövləti, müdafiə etdiyi Siyasi kursu və Lideri dəstəkləmək üçün əlindən gələni etməyə çalışan, edən bir insan-siyasətçi kimi görmüşəm. Bir gün burda, bir gün orda olanlardan, gündüzləri iqtidar, gecələri müxali olanlardan olmayıb, bir üzlü, bir sifətli olub, əqidə, amal, ideya adamı olub.xa0

Daim mediaya, cəmiyyətə də xa0açıq olub, heç kimdən və heç nədən cəkinməyib, qaçıb gizlənməyib, bəzi həmkarları kimi özünu dartıb dağ başına qoyanlardan olmayıb. Bizlərdən, xalqdan biri olub.

Kamil Həmzəoğlu (Həmidov)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin