İyirmi iki il qabaq çox gənc və yaraşıqlı oğlanlar - Vahid Mustayev, onun qardaşı Seyfulla və dostu, bütün həyat boyunca silahdaşı Mir Şahin Ağayev bütün MDB məkanı üzrə ilk müstəqil televiziyanı yaratmaq qərarına gəldilər. Rusiyanın NTV kanalının onda heç adı da çəkilmirdi. Bu qabiliyyətli oğlanlar zamanın çağrışını hiss etdilər və anladılar ki, tamamilə fərqli bir televiziya lazımdır. Gənclərin bu istəyinə yetərincə təəccüblə qarşılayan yaşlı insanlar, bununla belə onlara xeyir-dua vermək qərarına gəldilər. Yəqin ki, onların bəziləri nə vaxtsa müstəqil ANS şirkətinin yaradılmasına yardım etdikləri üçün indi peşmandırlar, çünki ANS elə ilk günlərindən öz səmimiliyi, baş verən hadisələrə fərdi yanaşması, məlumatların qeyri-standart çatdırılması və bütün mənfiliklərə dözülməz olması ilə sanki bütün teleauditoriyada partlayış yaratdı.
Bir şey də var, bu üç nəfər təpədən dırnağa kimi gerçək vətənpərvər idi. Onlar Azərbaycanın zorla cəlb edildiyi bu Qarabağ müharibəsi boyunca başdan ayağa addımlayıblar və nədənsə münaqişə adlandırılan bu qırğının unikal arxivini toplayıblar. Televiziya qəzet deyil, burada kağızla, qələmlə və kompüterlə yola verə bilməzsən. Burada çox şey - kamera, montaj qurğusu, işıq aparatı və çox-çox başqa avadanlıqlar, həmçinin xüsusi avadanlıqlar, yəni bu gün həddindən bahalı olan texnika lazımdır. Yəni uşaqlar evə pul gətirmirdilər, əksinə evdən pul götürürdülər. Maaşlar da tamamilə şərti bir şey idi, bu gün olduğu kimi pulu yalnız reklamla qazanırdılar və qazanılan pul isə texnika almağa çatmırdı. Bir şeyi xüsusilə qeyd edək - son 20 ildən çox müddət ərzində ANS Azərbaycanda həyata keçirilmiş ən uğurlu layihə olub.
İlk cığır açanlar üçün həmişə çətin olub, keçilmiş yolla irəliləyənlər üçün yetərincə asandır. İllər sonra başqa müstəqil şirkətlər də yarandı, onlar, əlbəttə, ANS-in yaranma təcrübəsini nəzərə alıblar. Yəni əminliklə demək olar ki, bu teleşirkət Azərbaycanda müstəqil yayımın artmasına və genişlənməsinə səbəb olub. ANS indi yalnız televiziya və radio deyil. Şirkət jurnallar, kitablar, musiqi diskləri nəşr edir, yalnız ölkəmizdə deyil, xaricdə də böyük populyarlıq qazanmış sənədli və bədii filmlər çəkir.
O, praktiki olaraq işə hər gün yeni ideyalarla gəlir, kollektivi tələsdirir, irəli aparır. O sanır ki, yerində saymaq olmaz, irəli getmək, yeni texnologiyalar və biliklər mənimsəmək lazımdır.
Vahid Mustafayev üçün ANS də öz iki sevimli qızı kimi doğma baladır. Onun qayğısına və diqqətinə daima ehtiyac duyanlar arasında həm də xanımı, atası və anası, çox sayda yaxın və uzaq tanışları var.
Vahid Fuad oğlu Mustafayev - bizim şirkətin başçısı, sənə can sağlığı arzulayırıq, ildən ilə həndəsi silsilə ilə artan enerjinlə əvvəlki kimi heç zaman yorulma və öz işlərində uğur qazan.
Qoy həmişə Yaradan səninlə olsun, ürəkdən inandığın ədalət və xeyirxahlıq səni heç zaman tərk etməsin!
Anspress.com






































































































