13 dönər satışı müəssisəsi cəzalandırıldı

Hazırda oxunan: 13 dönər satışı müəssisəsi cəzalandırıldı

33119
“Bu ilin avqust ayı ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 13 dönər satışı sahəsində yoxlamalar və müayinələr aparılıb. Bu müəssisələrin sahibləri müvafiq qaydada cəzalandırılıb, 1 dönər sahəsinin fəaliyyəti dayandırılıb”. Moderator.az xəbər verir ki,bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) şöbə müdiri İmran Abdullayev məlumat verib.

O bildirib ki, yoxlama aparılan 13 müəssisənin cərimə olunması haqqında qərar çıxarılıb və cərimələr ayrı-ayrılıqda rayon icra hakimiyyətlərinə göndərilib. İ.Abdullayevin sözlərinə görə, cərimələri könüllü ödəyənlər ödəyib, ödəməyənlər isə məcburi icraya yönəldilib.

RGEM-in şöbə müdiri qeyd edib ki, bu ilin 6 ayı ərzində Bakı, Abşeron, Sumqayıt ərazisində 57 dönər sahəsində yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində toyu dönəri satan və sanitariya qaydalarını ciddi pozan müəssisələr haqqında inzibati tədbirlər görülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin