Sülhəddin Əkbər gəzdiyi "Nummer"in onun olmadığını dedi

Hazırda oxunan: Sülhəddin Əkbər gəzdiyi "Nummer"in onun olmadığını dedi

32099
Moderator.az saytı ACP-dəki qaynaqlarına istinadən Sülhəddin Əkbərə  "Hummer" markalı avtomobil hədiyyə olunduğunu yazıb. Yazıda iddia olunur ki, bu maşını ACP sədrinə ya Rəsul Quliyev, ya da Eldar Namazov alıb: 

"Mənbəmiz Eldar Namazov versiyasını da ona görə vurğulayır ki, Süləddin Əkbər Milli Şura daxilində yaratdığı mübahisələrdə və ziddiyyətlərdə Eldar Namazova dəstək verirMilli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərə “Hummer” markalı avtomobil hədiyyə etdiyi bildirilir".
 
S.Əkbər isə yayılan məlumatı təkzib edib. S.Əkbər Hafta.az-a açıqlamasında hazırda həmin maşından istifadə etdiyini təsdiqləsə də, başqasının olduğunu bildirib: 

“Eldar Namazovun o qədər pulu varsa, özünə maşın alsın. Onun və ya Rəsul Quliyevin mənə avtomobil alması gülünc iddiadır. Düzdür, mən hazırda “Hummer”dən istifadə edirəm. Maşını da qohumum idarə edir. Amma maşın heç onun da deyil. Bir dostundan müvəqqəti olaraq götürüb. Köhnə maşındı, qiymətini də bilmirəm”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin