Aprel döyüşlərində şəhid olan pilotumuzun doğum günüdür

Hazırda oxunan: Aprel döyüşlərində şəhid olan pilotumuzun doğum günüdür

258288
Aprel döyüşlərində şəhid olan pilotumuzun doğum günüdür.xa0

Moderator.az xəbər verir ki, bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan pilotumuz Baş-leytenant Əbu Bəkir İsmayılovun doğum günüdür. Ə.B.İsmayılov 1990-cı il fevralın 10-da Kürdəmir rayonunda anadan olub. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olan hərbçimiz 2008-ci ildə lisey təhsilini başa vurub. O, daha sonra Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə daxil olub.xa0

2013-cı il şanlı aprel döyüşləri zamanı Mİ-24 helikopterimizin düşmən tərəfindən vurulması nəticəsində üç pilotumuz mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və Baş-leytenant Əbu Bəkir İsmayılov qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-da neytral ərazidən götürülərək aprelin 11-də İkinci Fəxri Xiyabanda böyük izdihamla dəfn edildi.xa0

Şəhid olan hər üç pilotumuz ölkə başçısının sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.xa0

Xatırladaq ki, şəhid Əbu Bəkir İsmayılov şəhid olmadan bir neçə ay öncə ailə qurmuşdu.xa0


TƏKİ VƏTƏN SAĞ OLSUN

Sükut çökmüş küçədə
qışqırdığımız üçün
qınamayınxa0 bizləri.

Bizim küçəmizxa0
belə sakit olmayıb.
Anamın çağırmasından öncə
güllə səsinə oyanmışıq.

Boyu balaca adamlaraxa0
güllə dəymədiyi üçün
heç kim istəməzdi böyüsün kəndimizdə.

Sən bilməzsən
öz evində əyilə - əyilə gəzmək
ne deməkdi.

Atam şəhid olanda
məktəbə gedirdimxa0
bayrağı da ilk dəfə onda görmüşdüm.
Həmişə elə bilirdim bayrağı çiyində gəzdirirlər
sonra bildim atamın içində olduğunu.

Hər dəfə, atamın ölümünü
xatırlayıramxa0
deyilən bu misrayıla:
“TƏKİ VƏTƏN SAĞ OLSUN”
xa0
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin