Bu gün saat 20:50 radələrində Sabunçu rayon Kürdəxanı və Pirşağı qəsəbəsində elektrik enerjisinin verilməsində problemlər yaranıb.xa0
Problemi araşdıran Moderator.az-ın əməkdaşına “Azərişıq” ASC-nin qaynar xəttindən bildirilib ki, “Kamaz” markalı yük maşını yüksək gərginlikli elektrik dirəyinə çırpıldığı üçün elektrik xətləri qırılıb və elektrik enerjisinin verilməsində problem yaranıb.xa0
Qurumun qaynar xəttindən bildirib ki, tez bir zamanda qəza aradan qaldırılaracaq və başqa xətlə qəsəbələr elektrik enerjisi ilə təmin olunacaq.
Vasif Əlihüseyn






























































































