Kommunal xidmətlərdə qiymət artımı ”“ SİYAHI

Hazırda oxunan: Kommunal xidmətlərdə qiymət artımı ”“ SİYAHI

208755
Ötən ilin yanvar-dekabr aylarında əhaliyə gösətərilən kommunal xidmətlərin dəyəri bahalaşıb. Hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artım baş verib.xa0

Moderator.az xəbər verir ki, əhaliyə göstərilən elektrik enerjisi təchizatı xidmətlərinin dəyəri 2016-cı ilin yanvar-dekabr aylarında 21,5 faiz bahalaşıb.xa0

Kanalizasiya xidmətlərinin dəyərində artım müvafiq dövr üzrə 25 faiz olub. Onu da qeyd edək ki, kanalizasiya xidmətləri 2016-cı ildə 2015-ci illə müqayisədə iki dəfə artıb.xa0

Təbii qazın təhcizatında xidmətlərin dəyəri ötən il 2016-cı illə müqayisədə 21,9 faiz bahalaşıb.xa0

Qiymət artımı mehmanxana xidmətində (4,2 faiz), hava nəqliyyatı ilə sərnişindaşımada (16 faiz), stomatoloji xidmətlərdə (8,6 faiz), xəstəxana xidmətlərində (8,2 faiz) baş verib.xa0

Qeyd edək ki, ödənişli xidmətlərdən yeganə olaraq zibilin daşınma qiyməti artmayıb.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin