Böyük ideoloq, maarifçi, türkçülük ideologiyasının banilərindən olan Əli bəy Hüseynzadə alim, həkim, şair, publisist olmaqla yanaşı, həm dəxa0 rəssam idi. Onun bir neçə rəsm əsəri bu gün dəxa0 ayrı-ayrı muzeylərdə qorunub saxlanılır. Amma elə bir dönəm olub ki, Əli bəy həmin portretləri satmaq məcburiyyətində qalıb.
Moderator.az xəbər verir ki, Orucov qardaşları Nikolayevski küçəsindəki mağazanın vitrinində satışa iki şəkil qoymuşdular. Biri “Bibiheybət məscidi”x9d, o birisi “Çeşmə başında”x9d idi. Birincisinə beş yüz manat, ikincisinə üç yüz manat qiymət qoyulmuşdu. Hər ikisini də Əlibəy Hüseynzadə çəkmişdi. Müəllimlərin yığıncağında Həbib bəy Mahmudbəyov deyir ki, Əlibəyin, görünür, əli aşağıdır, öz çəkdiyi əsərləri satır, gəlin adambaşı on manat qoyaq “Çeşmə başında”x9d şəklini alaq, püşk atarıq, kimə düşdü, olar onun malı. Elə də elədilər “Çeşmə başında”x9d rəsmində meşənin içində, bulaq başında yaşlı bir adamın namaz qılması təsvir edilmişdi.xa0
“Bibiheybət məscidi”x9d əsərini isə Bakıdakı ingilis konsulu Mak Donnel alıb Londona göndərmək istəyirdi. Dükana girib sifariş verir ki, şəkli sabah gətirin İçəri Şəhərə, ingilis konsulxanasına. Bu söhbəti “Bəradərən Orucov”x9dların böyük qardaşı o axşam Hacı Zeynalabdin Tağıyevin evində danışır. Hacı Zeynalabdin beş yüz manat verib deyir ki, həmin əsəri sabah göndər bizə... Amma bu barədə Əlibəy Hüseynzadə heç nə bilməsin, pul almaz. Çünki “Həyat”x9d qəzetinin və “Füyuzat”x9d jurnalının baş redaktorudur, məndən maaş alır, məndən pul götürməz. Bibiheybət məscidinin şəkli qoy Bakıda qalsın, gedib Londona düşməsin.
Elmin Nuri




























































































