Rafael Cəbrayılov Şirvanda seçiciləri qəbul etdi - FOTOLAR

Hazırda oxunan: Rafael Cəbrayılov Şirvanda seçiciləri qəbul etdi - FOTOLAR

131822
46 saylı Şirvan Seçki dairəsindən Milli Məclisə deputat seçilən Rafael Cəbrayılov Şirvan şəhərində seçicilərlə növbəti görüşünü keçirib.xa0

Mütamadi olaraq seçicilərlə görüşən Rafael Cəbrayılov bu dəfə də bir çox seçicilərin şikayət və təkliflərini dinləyib. Seçicilər tərəfindən olunan müraciətlərdə əsasən bank kreditlərinin qaytarılmasında yaranan çətinliklər, işsizlik və sosial xarakterli müraciətlər üstünlük təşkil edib.xa0

Rafael Cəbrayılov bütün müraciətləri dinlədikdən sonra suaları cavablandırıb. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev daima əhalinin aztəminatlı ailələrinin sosial durumunun daha da yaxşılaşdırılması məqsədilə təxirəsalınmaz tədbirlər görür və bu istiqamətdə aidiyyatı orqanlara müvafiq tapşırıqlar verir. Hətta bununla bağlı Milli Məclisdə bir sıra qanunlar qəbul olunması, bəzi qanunlara isə əlavə və dəyişikliklərin edilməsi haqqında seçiciləri məlumatlandırıb. Hər zaman olunan müraciətlərə xüsusi həssaslıqla yanaşan deputat, bəzi müraciətlərin daha tez müsbət nəticəsi olması məqsədilə müxtəlif istiqamətlərdə Şirvan seçicilərinə məsləhətlər verib.
Rafael Cəbrayılov daha sonra olunan bütün müraciətlərin həlli istiqamətində deputat səlahiyyətləri çərçivəsində kömək edəcəyini, bununla bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldıracağını bildirib.(ucnoqte.az)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin