Bu gün tanınmış professor, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə (Aztv) rəhbərlik etmiş, sabiq deputat Nizami Xudiyevin 67 yaşı tamam olur. Bir zamanlar mətbuatda adı tez-tez hallanan Nizami Xudiyev həm də 10 il Milli Məclisin üzvü olub.
Hazırda özünü əsasən elmi fəaliyyətə həsr edən Nizami Xudiyev Moderator.az saytına verdiyi açıqlamasında da bu barədə danışıb:
“Bu gün də tələbəsi olduğum və bütün elmi fəaliyyətimi həsr etdiyim Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışıram. Filologiya fakültəsində Azərbaycan dilçiliyi kafedrasının müdiriyəm. Elmi fəaliyyətim əvvəlki kimi qaydasında davam edir. Bu gün də aspirantlar, doktorantlar hazırlayıram. Normal şəkildə öz mahazirələrimi aparıram, seminar məşğələləri keçirəm. Yeni elmi vəsaitlərin hazırlanması, gənc nəslin təslim-tərbiyəsi, yetişdirilməsi ilə məşğulam. Elmi işlərimdə hər şey normaldı”x9d.
Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü olan Nizami Xudiyev ictimai fəaliyyətində də toxunub:
“Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvüyəm. Mətbuat və İctimaiyyətlə əlaqələr komissiyasının sədriyəm. İctimai fəaliyyətim eynilə davam edir”x9d.
Elmin Nuri



































































































