Qafqaz Müsəlmanları İdarəsinin qəzeti fəaliyyətini dayandırıb

Hazırda oxunan: Qafqaz Müsəlmanları İdarəsinin qəzeti fəaliyyətini dayandırıb

128630
Qafqaz Müsəlmanları İdarəsinin həftəlik nəşr edilən "Haqqın nuru" qəzeti fəaliyyətini dayandırıb.

"Report"un xəbərinə görə, dini-ictimai qəzetin fəaliyyətini dayandırmasına səbəb iqtisadi çətinliklər olub.

QMİ bundan sonra "Haqqın nuru" adlı rüblük dərgi çap edəcək.

Qeyd edək ki, "Haqqın nuru" qəzeti 2010-cu ildən fəaliyyətə başlayıb, 300 sayı çapdan çıxıb. Qəzet Azərbaycan və rus dillərində nəşr edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin