Novruz bayramı münasibətilə C.Cabbarlı adına mədəniyyət evi “N”x9d saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.
Moderator.az xəbər verir ki, konsertdə mədəniyyət evinin özfəaliyyət kollektivinin gənc solistlərinin ifasında bəstəkar və xalq mahnıları, meyxanaçılar qrupunun ifasında vətənpərvərlik ruhunda meyxanalar, “Turan”x9d rəqs qrupunun ifasında Azərbaycan rəqsləri əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.
Novruzun atributları sayılan keçəl və kosanın ifasında yumoristik səhnəciklər tədbirə xoş ovqat qatıb.
Sonda hərbi hissə rəhbərliyi tədbirin təşkilinə görə şəhər Mədəniyyət və Turizm idarəsinin rəhbərliyinə, eləcə də kollektivə təşəkkürünü bildirib.
Qeyd edək ki, müddət ərzində digər klub müəssisələri də hərbi hissə və hospitallarda Novruz şənlikləri keçirəcək.
Sumqayıt şəhər
Mədəniyyət və Turizm idarəsinin mətbuat xidməti






























































































