Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2015”x9d XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, dekabrın 5-dək davam edəcək “BakuTel-2015”x9d beynəlxalq sərgisində 200-dən artıq şirkət iştirak edir. Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir.
Sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.
“BakuTel-2015”x9d sərgisi çərçivəsində “Azerspace-2”x9d peykinin orbitə çıxarılması barədə Azərbaycan Prezidentinin iştirakı ilə “Azərkosmos”x9d ASC ilə Fransanın “Arianespace”x9d şirkəti arasında müqavilə imzalandı.



































































































