Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin son iclasında bir çox vacib qərarlar qəbul edilib.xa0
Moderator.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, kadr islahatları və qərarlarla bərabər AMEA-da görülən işlər barəsindəki hesablatlar da maraq doğurub. A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov iclasda maraqlı fikir səsləndirib. Onun sözlərinə görə xüsusi layihə çərçivəsində Azərbaycan tarixinə dair vacib mənbələr Avropadan tutmuş, ta uzaq Hindistandan ölkəyə gətirilir:xa0
“İnstitutda həyata keçirilən ciddi araşdırmalardan biri də Azərbaycan tarixi ilə bağlı əl¬çatmaz mənbələrin, xüsusilə xarici ölkələrin arxivlərində saxlanılan sənədlərin ölkəmizə gə¬ti¬ril¬məsi, tədqiqata cəlb edilməsi və nəşri olub. “Azərbaycan tarixi ilk mənbələrdə”x9d layihəsi çərçivəsində bir qrup tarixçi-alimin Rusiya, Gürcüstan, Türkiyə, İngiltərə, Almaniya, Fransa və Hindistana ezam edilərək həmin materialları ölkəmizə gətirilib”x9d.
Elmin Nuri


































































































