İnsanı sevgi və qorxu hissindən məhrum edən beş qramlıq maddə

Hazırda oxunan: İnsanı sevgi və qorxu hissindən məhrum edən beş qramlıq maddə

122493
Moderator.az saytı “Elmi sirlər”x9d layihəsindən növbəti yazını təqdim edir.xa0

Bu dəfə sirlərlə dolu olan insan beyninin cəmi 5 qramlıq kiçik bir hissəsinin möcüzəli idarəetmə gücündən danışılacaq.İnsanda qorxu, sevgi, əsəb, nifrət, qəzəb və s. hislərin formalaşdığı hissə limbik sistemdir. Limbik sistem bir neçə mikro maddədən ibarətdir və gicgah payının orta hissəsində yerləşir. Bu sistemdə insanın bütün həyatını idarə edən üç kiçik cisim ”“talamus, amygdala xa0və hipotalamus yerləşir. Bu üç kiçik cismin sayəsində beyinin 30 milyard hüceyrəsi bir-birilə sürətli rabitəyə girir. Həmin rabitənin sürəti xa0bir avtomobilin saatda 700 km-lə getmə sürətinə bərabərdir.xa0

Qorxu və sevgi mərkəzi olan amygdalanın kütləsi orta hesabla beş qrama bərabərdir. Amma o az qala yer üzündəki bütün insanları idarə edir. İkinci adı “badamabənzər cisim”x9d olan amygdala qıcıqlandıqda insanda ifrat qorxu, qəzəb, nifrət və hətta sevgi hissi də yaranır. Heyvanlarda sınaq üçün bu mərkəzləri çıxaran zaman onlar qorxu hissini itirmiş, balalarına qarşı laqeyd olublar. Çünki bu mərkəzin zədələnməsi və ümumiyyətlə yox olması nəticəsində qarşı tərəf heç öz cinsini tanıya bilmir. Şəfqət və sevgi hissindən məhrum olur.

Başqa bir səbəb isə bu mərkəzi qıcıqlandıran səbəblərdir. Məsələn “badamabənzər cisim daha çox sevgi deyil, qorxu amilindən qıcıqlanarsa o, artıq bütün beyinə başqa informasiyalar verir. İnsan yalnız qorxu simptomları ilə idarə olunur. Belə olan halda isə sevgi hissinin get-gedə öləziməsi baş verir. Təki əksi olsun!

Elmin NURİ
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin