DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO
I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə builki müsabiqə vəziyyəti və keçid balları ilə bağlı proqnozlar açıqlanıb.
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “DOST TV”nin canlı efirində bu barədə fikirlərini bölüşüb.
Onun sözlərinə görə, RK altqrupunda 600 və daha yuxarı keçid balı formalaşmış ixtisaslarda bu il keçid ballarının təxminən 10 bal aşağı düşəcəyi gözlənilir.
500–600 bal intervalında yerləşən ixtisaslarda ötənilki keçid ballarının əsasən qorunacağı, 400–500 bal intervalında isə keçid ballarının təxminən 10 bal azalacağı proqnozlaşdırılır.
300–400 bal intervalında ciddi dəyişik...