Ceyhun Bayramov koreyalı həmkarı ilə nələri müzakirə edib?
29 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya Respublikasının xarici işlər naziri Ço Hyon arasında telefon danışığı aparılıb.
XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə Koreya şirkətlərinin iştirakının əhəmiyyəti vurğulanaraq, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd olunub.
Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikas...