Qırğızıstan Prezidenti sabah Azərbaycana gələcək

Hazırda oxunan: Qırğızıstan Prezidenti sabah Azərbaycana gələcək

642036

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 14-də Azərbaycana işgüzar səfərə gələcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qırğızıstan dövlət başçısının mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, S.Japarov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.

 

Tədbir çərçivəsində dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların rəhbərləri qarşılıqlı əlaqələr, rəqəmsallaşma və davamlı artım məsələləri üzrə regional əməkdaşlığın dərinləşdirilməsinə dair aktual mövzuları müzakirə edəcəklər.


Sammitin yekunlarına əsasən əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin qəbul olunması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin