Bildiyimiz kimi Rusiya Krımı ilhaqından sonra Azov dənizini öz daxili suları hesab edir. Buna görə bu yaxınlarda Ukrayna gəmiləri Kerç boğazı vasitəsiylə Azov dənizinə keçdiyi zaman bölgəyə nəzarət edən Rus gəmiləri tərəfindən hücuma məruz qalıblar.
Ukrayna rəsmilərinin verdiyi məlumata əsasən qarşıdurma zamanı altı ukraynalıxa0 dənizçisi xəsarət alıb. Rusiyanın təhlükəsizlik xidməti Ukrayna gəmilərinə qarşı güc tədbiq etdiklərini inkar etmir. Onlar qeyd edirlər ki qarşıdurma zamanı 6 deyil, yalnız 3 dənizçi yaralanıb. Rusiya, həmçinin, Ukraynanı "əvvəlcədən planlaşdırılmış bir təxribat" içərisində gəmilərini ərazi sularına göndərərək qanuni normaları pozması ilə günahlandırıb.
Bəs Ukraynanın meyl etdiyi Avropa Birliyi və NATO Ukraynaya yardım edə biləcəkmi? Məsələ ilə bağlı Ukrayna prezidenti Petro Poroşenko və NATO-nun xa0baş katibi Jens Stoltenberq danışıqlar aparıb. Danışıqlar zamanı Ukrayna rəsmiləri ilə Avropa ölkələri rəsmiləri arasında Brüsseldə fövqəladə danışıqlar aparılması barəsində razılıq əldə edilib. Həmçinin Stoltenberq, NATO-nun “ərazi sularında beynəlxalq hüquq çərçivəsində tam naviqasiya hüquqları daxil olmaqla, Ukraynanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyi” olduğunu dilə gətirib.Bundan başqa Almaniya xarici işlər naziri ölkələr arasındakı son qarşıdurma ilə bağlı narahatlıq içində olduğunu söylədi. "Azov dənizinə Rusiyanın girişi və blokadası qəbul edilə bilməz", deyə Heiko Maas Twitterdə bildirib. "Mühüm olan bu mühasirənin qaldırılmasıdır. Biz hər iki tərəfi deqradasiya etməyə çağırırıq ". Məsələ ilə bağlı Danimarkada öz mövqeyini sərgiləyib.Danimarkanın xarici işlər naziri Anders Samuelsen açıqlamasında bildirib ki “Rusiya Kerç boğazındakı naviqasiya sərbəstliyini təmin etməlidir.Ukraynaya tam dəstək!” Lakin məsələ ilə bağlı problemin həll olunmasına dair danışıqların Almaniya, Rusiya, Ukrayna və Fransadan olan yüksək vəzifəli şəxslər tərəfindən bazar günü Bişkekdə keçiriləcək görüşdə aparılacağı ümid edilir.
Avropanın və NATO-nun reaksiyası göstərir ki, Qərb Azov dənizindəki gərginlikdə Ukraynanı haqlı sayır. Buna baxmayaraq, Qərb gərginliyin müharibəyə keçməsindən ehriyat edir və tərəfləri danışıqlara çağırır.
xa0
Yusif Aslanlı
Qərbi Kaspi Universiteti Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı






























































































