"Putinə dedim ki, amerikalılar bizim üçün ordu hazırlayacaqlar"

Hazırda oxunan: "Putinə dedim ki, amerikalılar bizim üçün ordu hazırlayacaqlar"

131732
Bir neçə müddətdir ki, Gürcüstanın eks prezidenti, SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadzenin olduqca maraqlı və hətta sensasiya hesab oluncaq memuarından bəzi hissələri sizə təqdim edirik. Hesab edirik ki, bu kitabda qeyd olunanları hamının bilməsi vacibdir, ona görə ki, oxuduqlarınız kiminsə fərziyyəsi yox, yaşadıqları və iştirakçısı olduğu tarixi hadisələrin heyrətamiz xronologiyasıdır.xa0

Bəri başdan sizi əmin edirik ki, bu yazını oxumağa sərf edəcəyiniz dəqiqələrə heç zaman təəssüflənməyəcəksiniz, əksinə, həyatınızın bir çox məqamlarında köməyinizə çatacaq...


Əvvəlini bu linkdən oxumaq olar--- moderator.az/news/131508.html

Yalqızlığın yüz günü---IV hissə

ABŞ milyonlarla pul xərclədi və xərcləyir ki, Gürcüstan peşəkar ordu yaratsın və onu silahla təmin edə bilsin. Gürcüstan bu geosiyasi məkanda müxtəlif münaqişələrdə Amerikanın yanında dayanmaqla onun ilk strateji və sədaqətli tərəfdaşı olduğunu təsdiq etdi. Elə Amerikanın və başqa dostlarımızın köməyi ilə Gürcüstan beynəlxalq təşkilatların üzvünə çevrildi, indi isə NATO-ya üzv olmağa hazırlaşır.xa0

2000-ci ildə ABŞ-ın müdafiə naziri Donald Ramsfeldlə görüşüm zamanı əvvəlcədən hazırlanmış xəritəni açdım və Gürcüstanın geosiyasi rolu barədə danışdım. Bundan sonra Gürcüstana bir siyasi tərəfdaş kimi müvafiq hərbi proqram hazırladılar və onu maliyyələşdirdilər. Ondan əvvəl Vilyam Koenlə də analoji söhbətim olmuşdu. Saat yarım hörmətlə və təbəssümlə məni dinlədi, amma bu söhbət heç bir nəticə vermədi. Donald Ramsfeld o dəqiqə işin və problemin əhəmiyyətini dərk etdi və tezliklə 50 nəfər hərbi mütəxəssis göndərdi. Bu gün əldə etdiklərimiz də elə bunun nəticəsidir: müasir səviyyəli və silahlı bir neçə batalyon və sərhədin müvafiq müdafiəsini nəzərdə tuturam. Bizim problemlərimiz həmişə ABŞ büdcəsində öz əksini tapır. Daha sonra amerikalı mütəxəssislərin Gürcüstana gəlişi dəqiqləşdirildikdə MDB ölkələri liderlərinin görüşlərindən birində Putinə dedim ki, amerikalılar bizim üçün ordu hazırlayacaqlar. Hiss olundu ki, xoşuna gəlmədi: «Biz də hazırlaya bilərdik» - dedi”¦ Elə həmin gün mətbuat konfransı başa çatdıqdan sonra getməyə hazırlaşan Putinə bir gürcü qadın jurnalisti az qala qışqıra-qışqıra sual verdi: - Kakovo Vaşe mnenie po povodu uçastiə amerikantsev v stanovlenii qruzinskoy armii? Pilləkən üzərində olan Putin ayaq saxladı və geriyə tərəf çevrildi. Biz də çevrildik. - Qruzie nezavisimiya strana i ey samoy reşat s kem i kak stroit svoe armiyu. - deyə cavab verdi. Bununla da bitdi. Sözün düzü, bir az rahatlaşdım. Çünki ordu quruculuğu arxasında ordudan daha üstün məsələlər dayanmışdı”¦ Rusiya, belə demək mümkündürsə, bizim daxili işlərimizə qarışmamağa alışdı.xa0

* * *

Mayın 29-da gürcü-osetin münaqişə zonasında atəşkəs razılaşması bir daha pozuldu. Elə həmin gün Qamsaxurdiya tərəfdarları Zuqdididə yerli hakimiyyət binasını ələ keçirdilər və oradakı şəxsləri həbs etdilər. İyunun başlanğıcında paytaxtın cinayətkarlığa qarşı mübarizə üzrə kəşfiyyat qrupunun əməkdaşları tətil elan etdilər və əsas səbəb kimi xidməti vəzifələrini yerinə yetirə bilmədiklərini göstərdilər. Çünki silahlı qruplar, ilk növbədə də «Mxedrioni» və qvardiyanın rəhbəri özbaşınalıq edirdi. Onlar artıq öz ali rəhbərlərinə də tabe olmurdular. Onların rəhbərlərindən biri mənim Dövlət Şurasındakı müavinim Caba İoseliani idi. İkincisi isə Tengiz Kitovani - vitse-premyer və müdafiə naziri idi. O, silahlı qüvvələrə, polisə və kəşfiyyatçılara kuratorluq edirdi. Bu insanlar həddindən ziyadə böyuk qüvvə əldə etmişdilər. Beykerin «zviadistlər» və ya «mənim tərəfdarlarım» tərəfindən həyata keçirilə biləcək silahlı çevriliş barədə sualına bu cür cavab verdim: «Ən pisi odur ki, əllərim bağlıdır və onlarla - müdafiə naziri ilə əməkdaşlıq etməyə məcburam. O, Sxinvali regionunda sülhün və ya müharibənin taleyini həll edəcək». 1992-ci ilin 12 iyununda Rusiya prezidenti Boris Yeltsin zəng etdi. Biz mühüm tarixi məsələ - Gürcüstan və Rusiya arasında imzalanmış böyük müqavilə barədə - Rusiya və Gürcüstan arasında yeni əlaqələrin qurulmasının əsasları haqda söhbət etdik. Növbəti gün Tbilisiyə Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət qrup gəldi. Onlar Yeltsinin tapşırığı ilə ölkələrimiz arasındakı diplomatik əlaqələrin qurulma mexanizmini müzakirə edəcəkdilər. Əhəmiyyətsiz formal məsələlər qalmaqda idi, amma bu zaman bir neçə təəccüb doğuracaq məsələ üzə çıxdı. 13 iyunda Tbilisinin mərkəzində, Caba İoselianinin evi yaxınlığında terror aktı baş verdi: Dövlət Şurası sədr müavininin kortejinin axırıncı avtomobili keçdikdən bir neçə saniyə sonra həmin yerdə «zaporojes» partladı. Partlayış uzaqdanidarə pultunun köməyilə həyata keçirildi. 5 nəfər həlak oldu. Həlak olanlar arasında uşaq da var idi. 6 nəfər xəsarət aldı və bir neçə ev uçdu. Elə həmin gün Qori şəhərində, Sxinvalidən bir neçə kilometr kənarda gürcü hərbçiləri və Rusiya tank polkunun hərbi xidmətçiləri arasında toqquşma baş verdi. Bu hadisə zamanı da insanlar həlak oldu. Tankçılar öz tanklarını işə salaraq küçələrə çıxdılar”¦ Şəhərdə səs-küy qopdu”¦ İyunun 15-də Rusiya Ali Sovetinin sədri Ruslan Xasbulatov bəyanatla çıxış etdi. Bu, əslində Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarışmaq siyasəti idi (Tarix təkrarlanır: bu gün Rusiya Dumasında bəzi deputatlar analoji bəyanatla çıxış edirlər). İyunun 18-də Sxinvali regionunda Rusiya hərbi-hava qüvvələrinin 3 vertolyotu gürcü hərbçilərinin mövqeyinə hücum etdi. Sonra məlum oldu ki, bu barədə əmri Rusiyanın müdafiə nazirinin müavini Kondraşov verib. O, Tengiz Kitovaninin dəvəti ilə orada idi. Mən bu haqda heç nə bilmirdim. Mən bu insidenti təcavüz aktı kimi dəyərləndirdim. İyunun 20-də Rusiya hakimiyyəti və ölkənin vitse-prezidenti Aleksandr Rutskoy eyni vaxtda bəyanat verdilər. Onlar yenə də Gürcüstanın və Moldovanın daxili işlərinə qarışmaq məqsədilə güc nümayiş etdirdilər və hədələdilər. Həmin gün biz Nyu-Yorkdan məlumat aldıq: Rusiyanın xahişi ilə Gürcüstanın Birləşmiş Millətlər Təşkilatına üzv olma barədə xahişinin müzakirəsi təxirə salındı. Sözün düzü, ölkəmə qarşı geniş hücumlar həyata keçirilirdi: iqtisadi, hərbi, diplomatik, informasiya və digər sahələrdə. İyunun 24-də mən və Rusiya prezidenti gürcü-osetin münaqişəsinin həlli yolları barədə razılaşmalar işləmək məqsədilə Soçidə görüşməli idik. Eks-prezident tərəfdaşlarının silahlı qruplaşması daxili qoşunların anbarını ələ keçirdi, daha sonra isə Gürcüstan teleradio departamentinin binası götürüldü. Oradan isə əhaliyə yanlış məlumatla müraciət edildi ki, «qanuni hakimiyyət» bərpa olunub və hamını onun bayrağı altına toplaşmağa çağırırlar. Müraciətə heç kəs cavab vermədi. Bu cəhdin qarşısı da tezliklə alındı. Mənim «yüz gün»üm öz seriyaları - Rusiya ilə əlaqədə, daxili münaqişələrdə, Rusiya qəzetlərinin səhifələrində və televiziya ekranlarında dezinformasiyalarla başa çatdı. Həmişə bu hadisələrin Sxinvalidəki hərbi əməliyyatların tədricən böyüməsi ilə bağlı olması barədə fikirləşirdim. Bütün bunlar atəşkəs rejiminin pozulması və ölkə paytaxtında vəziyyətin gərginləşməsi məqsədilə edilirdi. Həmin gün Qoridə baş verən partlayış bu zəncirin davamı idi. O, Gürcüstanın həyat damarlarını doğraya bilərdi. Bu kiçik zaman ərzində çox böyük hadisələr baş verdi. Bu isə o demək idi ki, Qamsaxurdiya tərəfdarlarının abxaz, osetin separatçıları və Rusiya hakimiyyət dairələri arasında, həqiqətən də, əlaqələri mövcud idi. Daha sonra məlum oldu ki, iyunun 24-də keçirilən aksiya iyulun başlanğıcında baş tutmalı idi, amma o, xüsusi olaraq iyun ayına keçirildi və mənimlə Rusiya prezidentinin Soçidə təyin olunmuş görüşümlə eyni günə salındı. Bizim görüşün nəticəsi münaqişələrin həlli prinsipi barədə razılaşma və komunike idi. Orada deyilirdi ki, Gürcüstan və Rusiya bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır. Onların bir-birinə qarşı heç bir ərazi iddiası yoxdur və öz öhdələrinə götürürlər ki, yaranmış istənilən bir münaqişəni sülh yolu ilə, siyasi danışıqlar yolu ilə həll edəcəklər və zorakılıqdan istifadə etməyəcəklər. O da qeyd olunurdu ki, Rusiya Federasiyası Gürcüstanın Birləşmiş Millətlər Təşkilatına üzv olması barədə istəyini Təhlükəsizlik Şurasının daimi üzvü kimi həmişə dəstəkləyəcək və Gürcüstanın bu beynəlxalq və universal təşkilata üzv olması üçün əlindən gələni edəcək. «Razılaşma»nın ikinci bəndinə əsasən Rusiya öz öhdəsinə götürürdü ki, «20 gün ərzində Sxinvali rayonunda yerləşdirilmiş mühəndislər polkunu və hərbi vertolyotlar polkunu oradan çıxaracaq». Sülh yaratmaq üçün «qarışıq qüvvələr» təsis edildi, amma bütün bunlar ümid olaraq qaldı. Bu gün rus hərbçilərinin dayandığı yerdə separatçı regionun «boyevik»ləri dayanıblar və daha möhkəm silahlarla silahlanıblar. Silah gətirmək üçün isə yeganə bir yol var - Roki tuneli. Oraya hər şey - silah, qaçaqmal, «boyevik»lər, şimali qafqazlılar Rusiya ərazisindən «nəql olunur»du. Rusiyanın ənənəvi siyasəti Gürcüstanda bu cür davam etdirilir.xa0

* * *

Biz heç nəyə baxmayaraq öz işimizdə idik. Dövlət Şurası - gələcək parlamentin bir növ prototipi kimi işləyirdi. Seçkilər barədə qanun qəbul etdik. Milli silahlı qüvvələrin qurulması ilə bağlı işlərə başladıq. Polis gücləndirildi. Boş yerlərdə, praktiki olaraq, kəşfiyyat xidməti yarandı. Prokurorluq orqanları təkmilləşdirilirdi. Dövlət islahatlarına başladıq - respublika torpaq fondunun təxminən 60%-ni şəxsi mülkiyyətə verməli idik. Bu proses istədiyim sürətlə irəliləmirdi. Biz çox mükəmməl və öz zamanına təsadüf edən qərarlar qəbul edirdik, amma onlar həyata keçirilmirdi. Siyasi definisiyalar bəzən elə mürəkkəb olurdu ki, onların mahiyyətini dəqiqləşdirmək mümkün olmur, amma yenə də bir müəllifin həqiqətini təkzib etməkdə çətinlik çəkirdim. O əmin edir ki, mənim gəlişim «demokratiya örtüsü» yaratdı və hərbi-siyasi zirvəni mükəmməlləşdirdi. Bu isə, prezident Qamsaxurdiyanı və onun administrasiyasını hakimiyyətdən uzaqlaşdırdı. Sual edilir: Nə üçün belə etdim? Demokratiya ölçüsü yaratdım. Mənim planımda buna bənzər xeyirxahlıq yox idi. Əminəm ki, mənim «silahdaşlarım»ın da bu haqda illüziyaları yox idi. Ceyms Beyker həqiqət qarşısında yalan danışmağıma razı olmazdı. 1992-ci ilin may ayında Dövlət Şurası Rəyasət Heyətinin iki üzvünün gizli fikri mənə aydın oldu. Bunu o zamanlar amerikalı dostuma da dedim və onlardan birinin məni dövlət başçısı kimi görmək istəməsi barədə bəyanatı eşidəndə cavab verdim: «Bu, ikili oyundur!». Yadımdadır, o vaxt Amerikanın dövlət katibilə söhbətim zamanı sevindiyimi hiss elədim: yenə də tanış qaydalarla tanış mühitdə olacaqdım. Açığını deməliyəm ki, o zaman bəzən mən də «ikili oyun» aparırdım. Mən bəzi «silahdaşlarım»la məcburi tərəfdaşlıq edirdim. Vətənimin bədbəxt hissəsinin yükünü daşıyırdım. Bu, gələcək üçün bir öhdəlik idi. Bu öhdəlik ilk növbədə elə bir rəhbərdən azad olmaq demək idi ki, o, ölkə azadlığını öz azadlığı kimi - kapital toplamaq və ölkənin bədbəxtliyi hesabına var-dövlət toplamaq kimi qəbul edirdi. Mənim «gücsüz idarəçiliy»imin ilk yüz günü ərzində zaman-zaman siyasi alçaqlıq, ikiüzlülük və yalanla qarşılaşanda hər şeyi qurtarmaq, son nöqtəni qoymaq və qapını çırparaq getmək istəyimin necə güclü olmasını hiss edirdim. Sözsüz ki, Qərbin sakit bir ölkəsinə, lap elə Almaniyaya gedə (məni ora dəvət edirdilər) - keçmiş siyasətçinin sakit həyatı, mühazirələri və qonorarı ilə yaşaya bilərdim, amma mən buna yaşamaq yox, sadəcə olaraq mövcud olmaq kimi baxıram. Burada başlanmış vətəndaş müharibəsi, aclıq, işsizlik, iqtisadi böhran, çörək və benzin növbələri - orada az qala bir-birini qırırlar - oğurluq, cibgirlik olduğu kimi qalardı. Kommunist zamanı mən respublika lideri olarkən Gürcüstanda bir nəfər də olsun dilənçi və evsiz gürcü uşağı yox idi, iş isə asanlıqla tapılırdı. Belə çıxır ki, bir vaxt çiçəklənmiş bu tərəfləri müstəqillik uçuruma tərəf sürükləyirdi. Caba İoseliani ilə münaqişələrim yarandıqdan sonra, həqiqətən də, getmək və hər şeyi atmaq ürəyimdən keçirdi. Amma ölkəni kimə həvalə edə bilərdim ki? Kitovaniyə, yoxsa İoselianiyə? Bu addım ölkəni qan içərisində boğmaq demək olardı. Yox, mən o zaman istefa verdim ki, ölkə artıq dövlətə bənzəyirdi və ona başçılıq etməyə mənim tərbiyə etdiyim gənc siyasətçilər gəlmişdi.

Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin