Dünyaca məşhur “Forbes”x9d jurnalının Rusiya şöbəsi bu ölkənin 2016-cı il üçün ən zəngin 200 biznesmeninin siyahısını dərc edib.
Moderator.azxa0xəbər verir ki, təqdim edilən siyahıya bir neçə Azərbaycan əsilli milyarder də daxildir.
Belə ki, Rusiyanınxa0ən zəngin azərbaycanlılarının siyahısına 8,9 milyard dollar həcmində sərvət iləxa0Vahid Ələkbərovxa0(əslən Bakıdandır) liderlik edir.
Amma deyəsən neftin qiymətinin ucuzlaşması “Lukoyl”x9d şirkətinin rəhbərinə güclü təsir edib ”“ Ələkbərov bir il ərzində 3,3 milyard dollar itirib və Rusiyanınxa0ən zəngin insanları siyahısında 6-cı pillədən 9-cu pilləyə keçib.
Siyahının ikinci və üçüncü pillələrini “Qırmızı qəsəbə”x9ddən olan biznes-tərəfdaşlarxa0Zarah İliyevxa0(solda) vəxa0Qod Nisanovxa0(sağda) tuturlar.
İliyev və Nisanov Moskvada kommersiya və ticarət əmlakına malik olan “Kiyevskaya ploşad”x9d qrupunun sahibləridir.
2016-cı il ərzində İliyev və Nizanovun sərvəti 1,1 milyard dolalr azalaraq müvafiq olaraq 3,2 və 3,2 milyarddan ibarət olubxa0(Rusiya üzrə 26 və 27-ci yer).
Keçmiş bakılıxa0Fərhad Əhmədovxa01,4 milyard dollar həcmində sərvəti ilə ən zəngin azərbaycanlılar siyahısında 4-cü yeri tutub, bu ona Rusiyanınxa0ən zəngin adamları siyahısında 51-ci yeri tutumağa imkan verib.
Qeyd edək ki, keçən il ərzində Əhmədovun kapitalı sabit qalıb.
Nəhayət, Rusiyada Azərbaycan əsilli ən zəngin insanların ilk beşliyini 1,2 milyard dollar sərvət ilə bakılıxa0Araz Ağalarovxa0tamamlayır.
2016-cı il ərzində Araz Ağalarovun kapitalı 700 milyon azalıb, 9 mövqe itirən həmvətənimiz Rusiyanın ən zəngin insanları siyahısında 55-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Rusiyada 2016-cı ilin ən zəngin insanı 14,4 milyard dollar həcmində sərvətə sahib olanxa0Leonid Mixelsondurxa0(Novatek, Sibir).
İkinci yerin sahibi 13,3 milyard dollar sərvətləxa0“LetterOne Holdings”x9d idarə heyətinin və “Alfa-Qrup”x9dun müşahidə şurasının sədrixa0Mixail Fridmandır.
Üçlüyü “USM Holdings”x9dın təsisçisi və əsas səhmdarıxa0Alişer Usmanovtamamlayır. Özbək əsilli milyarderin sərvətiinn həcmi 12,5 milyarda dollardan ibarətdir.






























































































