Moderator.az-ın verdiyi məlumata görə, Milli Məslisin (MM) Regional Məsələlər Komitəsinin mayın 19-da keçirilən iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında" və "Büdcə sistemi haqqında"" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrinin müzakirəsi keçirilib.
Hər 3 sənəd barədə məlumat verən sözügedən komitənin sədri Arif Rəhimzadə bildirib ki, Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanuna 11.4-cü maddənin əlavə olunması təklif olunur, yəni, bundan sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli opreatoru, habelə, mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək.
Həmçinin, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması artıq bundan sonra qadağan olunacaq.
"Bu günə kimi yerli vergi və ödənişlər nağd şəklində də ödənə bilirdi. Bu da artıq-əskik söz -söhbətlərə səbəb olurdu. Qanuna edilməsi təklif olunan mövcud dəyişiklik isə bu söz-söhbətlərin qarşısını alacaq, bu məsələdə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq. Bu, elə düzgün işləyən bələdiyyyələrin özünün də xeyrinədir"-deyə, komirə səıdri bildirib.
Millət vəkili Azər Badamov da adıçəkilən təklifi müsbət qiymətləndirərək, bunun bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunmasına gətirib çıxaracağını qeyd edib.
Millət vəkili Tahir Rzayev isə məlum təklifi dəstəkləyərək, eyni zamanda, Azərbaycanda bələdiyyələrlə bağlı vergi orqanının yaradılmasının vacibliyini söyləyib.
Sonra ikinci məsələ-"Bələdiyyələrin statusu haqqında" qanun layihəsi barədə məlumat verən A.Rəhimzadənin bildirdiyinə görə, təklif edilən dəyişikliyə əsasən bundan sonra bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında 5 gündən gec olmayaraq, onların yerli vergilər və ödənişlər üzrə borcları barədə arayış veriləcək.


































































































