Almaniyadan gətirilən cins mal-qara arasında tələfat baş verir -VİDEO

Hazırda oxunan: Almaniyadan gətirilən cins mal-qara arasında tələfat baş verir -VİDEO

32849

Lizinq yolu ilə Almaniyadan ölkəmizə gətirilən cins mallar arasında tələfat halları baş verir. Sahibkarların fikrincə bu mallar adaptasiya dövrünü çox çətinliklə keçirir.

Fermer Nürəddin Namazovun il yarım əvvəl təsərrüfatına gətirdiyi 93 baş malın arasında müəmmalı şəkildə ölənlər də var. 

Sahibkarlar deyir ki, ölümün səbəbləri bilinməyəndə sığorta şirkətləri sığortalanan cins malların sığortasını ödəmir. 

Kənd təsərrüfat naziri İsmət Abbasov isə Almaniyadan gətirilmiş heyvanların tələf olmasının səbəbini sahibkarın səriştəsizliyində görür. 

Cins mallar səriştəsizlikdən, baxımsızlıqdan tələf ola bilər. 

Nazir payızda ölkəmizə daha 4000 -ə yaxın damazlıq heyvanın gətiriləcəyini bildirdi. Araşdırmalarımız göstərir ki, Almaniyadan gətirilən mallar xüsusi qulluq tələb edir, onların saxlanma şəraiti yüksək standartlara uyğun olmalıdır. Lakin yerli saxlanma şəraiti bu tələblərə cavab vermir. Onu da əlavə edək ki, Kənd Təsərrüfatı Nazirliyinin lizinq yolu ilə gətirdiyi malların dəyərinin 50%- ni dövlət ödəyir. Bir heyvanın qiymətinin orta hesabla 4500 manata başa gəlməsini və onların tələf olma səbəblərini nəzərə alsaq, həm sahibkarın, həm də dövlətin nə qədər vəsait itirdiyini təsəvvür etmək çətin deyil. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin