Zaqatala 110 saylı seçki dairəsində namizədlərə qarşı kobudluq edirlər.
Bunu Moderator.az - a açıqlamasında deputatlığa namizəd Polad Soltanov bildirib. Onun bildirdiyinə görə onların imzatoplama kampaniyasına çox ciddi ənəgəllər törədilib. Dairə Seçki Komissiyasının sədri Fikrət Mustafayevdən
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova şikayət etdiyini və bunu saytımız vasitəsilə yaymağımızı xahiş edən Poad Soltanov deyir ki, bu cür qanunsuz müdaxilələr indidən həmin dairədki seçkilərin nəticələrini də şübhə altına almağa əsas verir.
Xatırladaq ki, Polad Soltanov QAT Zaqatala rayon şöbəsinin sədridir. Polad Soltanov bu ilin noyabrin 1 - də keçiriləcək deputat seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb, ancaq hələ də imza vərəqələrini ala bilmir.





























































































