Keçmiş maliyyə naziri 2 yaşımızı təbrik etdi...

Hazırda oxunan: Keçmiş maliyyə naziri 2 yaşımızı təbrik etdi...

60229
Keçmiş maliyyə naziri Saleh Məmmədovun Moderator.az-ın iki yaşının tamam olması münasibətilə göndərdiyi təbrikdə deyilir:

"Sizi iki yaşınız münasibətilə təbrik edirəm: qısa zamanda böyük nailiyyətə müvəffəq olmaq, ölkənin kütləvi informasiya sistemində ən yüksək yerlərdən birini tutmaq, əlbəttə, asan başa gələn deyil. Ümumiyyətlə, müstəqillik illərində Azərbaycanda ən sürətlə inkişaf edən sahə Kütləvi İnformasiya Vasitələri olmuşdur. Mən hər zaman bir neçə dildə bütün dünya mətbuatını izləyirəm, amma ən dolğun məlumatı Azərbaycan mətbuatından ala bilirəm. Eyni zamanda tərəfsiz və obyektiv məlumatı isə, hətta dünya miqyasında çox məhdud sayda informasiya vasitələrindən ala bilirəm, onların içərisində isə Azərbaycan daxilində barmaqla sayıla bilən vasitələrdən biri də moderator.az-dır. Sizi fərqləndirən və qısa zamanda böyük uğurlara imza atdıran cəhətlər: obyektivlik, tərəfsizlik, operativlik, dolgunluq, çeviklik, əhatə dairəsinin genişliyi, kimliyindən asılı olmayaraq bütün çalışan beyinlərin ciddi problemlərin müzakirələrinə cəlbi və s. 
Sizə daha sürətlə irəliləmək, Azərbaycanın sərhədlərini aşmaq, yaxın gələcəkdə böyük media maqnatına çevrilmənizi arzu edirəm. "

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin