Goranboy İcra Hakimiyyətindən yaralı "Rembo"ya sayğısız münasibət

Hazırda oxunan: Goranboy İcra Hakimiyyətindən yaralı "Rembo"ya sayğısız münasibət

131798
Aprelin 6”“da Goranboy rayonunun Tapqaraqoyunlu kəndində döyüş zamanı düşmən snayperinin açdığı atəş nəticəsində başından ağır yaralanan, sol gözünü itirən "Rembo" ləqəbli tankçı əsgərimiz Razi Cavadovun vəziyyəti ağır olaraq qalır.xa0

Moderator.az -a daxil olan ən son məlumata görə, tankçı əsgərimiz Razi Cavadov ambulansla Bakıya Müdafiə Nazirliyinin Mərkəzi Hospitalına çatdırılsa da indiyə kimi komadan ayılmayıb.


Əldə etdiyimiz başqa bir məlumata görə isə, bu günə kimi tankçı qəhrəman və onun ailəsi ilə Goranboy rayon İcra Hakimiyyətindən, sakini olduğu Balakürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən maraqlanan olmayıb. Halbuki qəhrəman əsgərimizin şücaəti dillərə dastan olub ölkəni dolaşmaqdadır. Razi "Rembo" ləqəbini düşmən mövqelərini 6 dəfə darmadağın etdiyinə görə qazanıb.

Qeyd edək ki, Razi Cavadov ailənin tək övladıdır. Onun 3 körpə uşağı var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin