Zəruri xatırlatma:
Qondarma "Qarabağ rus icması" 44 günlük Vətən savaşında Azərbaycanın hərbi qələbəsindən sonra peyda olub.
2021-ci ilin iyununda Aleksandr Bordov Azərbaycan torpaqlarındakı saxta "rus icması"nın rəhbəri təyin edilib. Caliber.az-ın araşdırmasına görə, əslində A.Bordov Bakıda anadan olmuş ermənidir. O, Rusiya FTX-nın("FSB") akademiyasını bitirib...
A.Bordov həmçinin “Dağlıq Qarabağın rus dünyası” üzdəniraq "mədəni-maarif" layihəsinin, başqa sözlə, Azərbaycan üçün "Donbas" ssenarisinin müəllifidir.
Nəzərinizə çatdıraq ki, Ukrayna ərazilərinin 2014-cü ildən bu günədək baş verən işğalı, Ukrayna xalqının, eləcə də orada yaşayan rusların amansız qətliamı məhz həmin ərazilərdəki "rus dünyası" layihəsinin acı bəhrəsidir...


























































































